Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarı ilə açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə olunmasına dair tələb ləğv olunub. Nazirlər Kabinetindən verilən məlumata görə, həmçinin, qanunvericiliyə əsasən, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri (avtobus, taksi, metro, dəmiryolu və s.) istisna olunmaqla, şəxsi avtomobillərdə tibbi maskadan istifadə edilməsi tələb olunmur. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarına əsasən, aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: - şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); - qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); - dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; - fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; - açıq sahəli ofislərdə və istehsalat yerlərində; - tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.
Bu yerlərdə maska taxmaq MƏCBURİDİR - SİYAHI



Bu şəxslər cərimələnəcək - BŞBPİ-dən XƏBƏRDARLIQ
DYP vətəndaşlara maska ilə bağlı müraciət etdi
Bu yerlərdə maska taxın, yoxsa CƏRİMƏLƏNƏCƏKSİNİZ - SİYAHI
SON DƏQİQƏ: Bu yerlərdə tibbi maskaların taxılması məcburidir
Şəxsi maşında maska taxmaq məcburidir?- Rəsmi
Şəxsi avtomobildə maska taxılmalıdır? - RƏSMİ AÇIQLAMA
Hansı yerlərdə maska taxılmalıdır? - SİYAHI
Bu tarixdən maska tələbi ləğv edilir - RƏSMİ
Metropolitendən tibbi maskalarla bağlı – Açıqlama
Maska taxmayanlar avtobusdan düşürüldü
Avtomobillərdə maskadan istifadə... - Açıqlama
SON DƏQİQƏ: Azərbaycanda karantin rejiminin müddəti uzadıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 