Fövqəladə Hallar Nazirliyi (FHN) gücləndirilmiş iş rejiminə keçib. ONN media xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatda qeyd olunub ki, 4-6 iyun tarixlərində Bakı şəhərində Formula-1 Azərbaycan Qran-Prisi keçiriləcək. Yarışla əlaqədar olaraq FHN gücləndirilmiş iş rejiminə keçib. Bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, yarışın keçiriləcəyi ərazilərdə aidiyyəti təhlükəsizlik tədbirlərinə riayət olunmasının yoxlanılmasının təşkili, habelə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib. Bu çərçivədə, yarışın keçiriləcəyi trek və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət nəzərə alınaraq, şəhərin mərkəzi hissəsində baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının çevik və effektiv alınmasının təmin edilməsi məqsədilə həmin ərazilərdə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qəza-xilasetmə qurumlarının müvafiq şəxsi heyət və texnikasının növbətçiliyi təşkil olunub.
FHN gücləndirilmiş iş rejiminə keçdi



FHN gücləndirilmiş iş rejiminə keçdi
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Kəmaləddin Heydərov ƏMR İMZALADI - Bu günlərdə...
FHN gücləndirilmiş iş rejiminə keçdi
Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq
Kəmaləddin Heydərov bayramla bağlı ƏMR imzaladı
FHN "Formula 1"lə bağlı məlumat yaydı
SON DƏQİQƏ: Araz Musayev işdən çıxarıldı
HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
Polis gücləndirilmiş iş rejimində işləyəcək
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 