Britaniya şahzadəsi Harri və onun xanımı Meqan Marklın 4 iyun tarixində ikinci dəfə övladları dünyaya gəlib.
ONN media bildirir ki, Sasseks hersoqu və hersoginyası tərəfindən təsis olunmuş "Archewell" ictimai təşkilatının saytında yerləşdirilən açıqlamaya görə, uşağa Lilibet Diana adı verilib.
Taxt-tac varisliyi növbəsində səkkizinci yeri tutan qız uşağı Şahzadə Harri və Meqan Marklın bir ildən çox yaşadıqları Santa-Barbara (Kaliforniya) xəstəxanasında dünyaya gəlib. "Həm ana, həm də körpə hazırda yaxşıdırlar, artıq evdədirlər", - məlumatda belə deyilir.
Uşağa Böyük Britaniya kraliçası II Elizabetin (məhdud ailə dairəsində onu Lilibet deyə çağırırlar) və Şahzadə Harrinin anası Şahzadə Diananın (1961-1997) şərəfinə bu ad verilib.
Hazırda Şahzadə Harri və xanımı Santa-Barbara şəhərində yaşayırlar. Cütlüyün 6 may 2019-cu il təvəllüdlü Arçi adında bir oğlu da var.



Şahzadə Harri ata oldu
Məşhur cütlüyün sözçüsü müjdəli xəbəri verdi
Nəvəsi heç vaxt şahzadə ola bilməyəcək
Kraliça nəvəsinin qərarını DƏSTƏKLƏDİ
Tarkan İngiltərə şahzadəsi Harri ilə qonşu olacaq
Şahzadə Harrini arı sancdı
Şahzadə ona "yaraşıqlı" deyərək səslənən qıza belə cavab verdi - MÜZAKİRƏYƏ SƏBƏB OLDU
Məşhur aktrisa şahzadəyə "yox" dedi
Kral ailəsinə qayınata şoku
Kral ailəsində BİR İLK: Körpə ABŞ prezidenti ola bilər
Trampdan İngiltərə şahzadəsinin həyat yoldaşı barədə ŞOK SÖZLƏR
Şahzadə Diana Kevin Kostnerlə filmində çəkilişə razı idi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 