COVİD-19 testinin nəticələrinə dair tibbi arayışların saxta olması faktına görə cinayət işi başlanıb.
Bu barədə ONN media -ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumat verildiyi kimi, bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən sərnişinlərin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oxygen” klinikasından verilən tibbi arayışların saxta olması barədə informasiyalar yayılıb.
Prokurorluqda aparılan araşdırma zamanı müəyyən edilib ki, “ƏSR” və Arkan Tour MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 96 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə “Oxygen” və “Leyla Medical Center” klinikalarının məlumatı olmadan həmin tibb müəssisələrinin adından tərtib edilən neqativ test nəticələri ilə bağlı saxta sənədlərin əldə edilməsinə və həmin saxta sənədlərin sərnişinlərə müəyyən məbləğdə pul vəsaiti müqabilində təqdim edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilənlərlə bağlı fakta görə “ƏSR” və Arkan Tour MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işinin istintaqı davam etdirilir.



Bu məlumat araşdırılır - Baş Prokurorluq AÇIQLADI
Azərbaycanda ŞOK HADİSƏ - 101 nəfər təyyarəyə minmək üçün saxta COVID testi verib
Saxta pasport satan həkimlərə cinayət işi açıldı
Saxta vaksin sənədi ilə bağlı cinayət işi açıldı
Azərbaycanda tibb qardaşına cinayət işi açıldı - Saxta pasport satırmış
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
Lerikdə saxta COVID pasportu satanlara cinayət işi açıldı
Azərbaycanda vəzifəli şəxslərə CİNAYƏT İŞİ AÇILDI
İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artdı - SİYAHI
Daha 7 özəl xəstəxana vətəndaşlara pulsuz xidmət göstərəcək - SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 