Daha iki rusiyalı idman şərhçisi Futbol üzrə Avropa Çempionatının Bakıda keçirilən oyunlarını izləmək üçün Azərbaycana buraxılmayıb. Hər iki halda səbəb onların Azərbaycanın vaxtilə işğal altında olan ərazilərinə qanunsuz səfərləridir.
ONN media bildirir ki, “Matç TV” kanalının şərhçisi Konstantin Geniç ötən gün axşam xəbər verib ki, çempionatın təşkilat komitəsi 2009-cu ildə Qarabağa səfər etdiyi üçün onun akreditasiyasını ləğv edib.

Geniç özünün Telegram-kanalında yazıb ki, UEFA-dan məktub alıb. Məktubda yazılıb ki, o, yoxlamadan keçməyib və nəticədə akreditasiya olunmayıb. Şərhçinin bildirdiyinə görə, daha əvvəl ona Azərbaycandan zəng vurublar və Dağlıq Qarabağa qanunsuz səfəri haqda soruşublar. İdman şərhçisi cavab vermək istəməyib və qanunsuz səfərinə görə üzr istəməkdən də imtina edib.
Daha əvvəl isə onun həmkarı Mixail Mossakovski Uels-İsveçrə oyununu izləmək üçün Azərbaycana buraxılmadığını bildirmişdi. Mossakovskini sərhəddən geri qaytarıblar. Bildirdiyinə görə, sərhədçilər onun pasportundakı erməni möhürünü görəndən sonra belə qərar veriblər.

Məlum olub ki, Mossakovskinin adı işğal altındakı ərazilərə qanunsuz səfər etdiyi üçün Azərbaycanın qara siyahısındadır.
Xatırladaq ki, analoji səbəblə bundan əvvəl erməni əsilli rusiyalı idman şərhçisi Nobel Arustamyan da Azərbaycana buraxılmamışdı. (virtualaz.org)



Rıdvan Dilmen karyerasını bitirdi
Arayik Harutyunyan və İrəvan rəhbərliyindən növbəti təxribatçı addım
İlham Əliyevdən UEFA-2020 ilə bağlı - QƏRAR
XİN-in “qara siyahı”sına düşən 1040 arzuolunmaz şəxs…
Daha bir erməni nazir Qarabağa qanunsuz səfər edəcək
“İdman Azərbaycan” şərhçini CƏZALANDIRDI
Azərbaycan bu jurnalistlərə cinayət işi açır
Məşhur erməni futbolçu Bakıya gələcək?
Daha bir erməni nazir Xankəndinə QANUNSUZ SƏFƏR ETDİ
İlham Əliyev və Mehriban Əliyeva Uels-İsveçrə matçını izlədilər
Artur Davtyan Qarabağa qanunsuz səfər etdi
Azərbaycan Bolqarıstana nota verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 