Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyevin ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl etməyərək, oğluna toy məclisi təşkil etməsi ilə bağlı məlumat yayılıb.
ONN media xəbər verir ki, məlumatda toy mərasiminin iyunun 13-də Qazaxda M.Alıyevin həyətində təşkil olunduğu bildirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov saytımıza açıqlamasında həmin toyun bir ay əvvəl keçirildiyini bildirib.
“Saytlar iddia edirlər ki, toy məclisi iyunun 13-də baş tutub. Halbuki, toy bir ay əvvəl olub”.
Ehsan Zahidov toy sahibinin karantin qaydalarını pozduğu üçün cərimə olunub-olunmaması ilə bağlı sualımızı isə cavabsız qoydu.
Qeyd edək ki, Məmməd Alıyevin yeni evlənən oğlu Elnur Alıyev bir neçə aydır Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində polis zabiti kimi işləməyə başlayıb.(axar.az)



Başçı oğlunun təyinatı yalan çıxdı - Rəsmi
Vilayət Eyvazov bu icra başçısının oğluna VƏZİFƏ VERDİ
Polis zibil atanlardan üzr istəyib? - RƏSMİ
Ehsan Zahidov təqaüdə göndərildi
İcra başçısının polis oğlu cəzalandırılıb? - RƏSMİ
DİN Naz Milanın tapılması üçün göstəriş verdi - SƏBƏBİ İSƏ...
Bakıda yeni polis yaradılır?
Rayon yollarında KARANTİN POSTLARI qurulur?
Azərbaycanda 6 polis əməkdaşı ölüb — BU SƏBƏBDƏN...
Ağdama komendant TƏYİN EDİLDİ
Cəlilabadda toy keçirənlər CƏZA ALDI
Masallıda toy keçirildi - Polis basqın etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 