Laçın rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının qəzaya düşərək şəhid olması ilə bağlı cinayət işi başlanılıb.
Hərbi Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, 16.06.2021-ci il tarixdə Laçın rayonu ərazisində hərəkətdə olan "Maz" markalı yük avtonəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu ölüb.
Məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.(Report)



Əsgərin şəhid olması ilə bağlı cinayət işi başlandı
Azərbaycanda hərbçinin intiharı ilə bağlı cinayət işi başlanılıb – RƏSMİ
DSX-nin şəhid hərbi qulluqçusu dəfn edildi
Hərbi Prokurorluq zabitin intiharı ilə bağlı məlumat yaydı
Qəzada həlak olan sərhədçilərə şəhid statusu veriləcək?
Laçında DƏHŞƏTLİ QƏZA: İki hərbi qulluqçumuz HƏLAK OLDU
DƏHŞƏTLİ OLAY- Hərbiçimiz özünü güllələdi
Laçında faciəvi şəkildə vəfat edən hərbçilərimizin FOTOLARI
Kəlbəcərdə əsgər özünü öldürdü
Əsgərin ölümü ilə bağlı cinayət işi açıldı
Hərbçimiz odlu silahla özünü öldürdü
Ordumuzun əsgəri özünü öldürdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 