Dünyaca məşhur aktyor, Hollivud ulduzu Jan-Klod Van Dammın oğlunun azərbaycanlı qızla ailə qurması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, atası kimi aktyor olan Kristofer Van Barenberq (Kris Van Damm) azərbaycanlı xanım, pianoçu Suada Hacızadə ilə nikah bağlayıb. Diqqətçəkən məqam cütlüyün əlindəki nikah şəhadətnaməsinin üzərinin Azərbaycan dilində yazılmasıdır.
Modern.az saytı xəbəri rəsmi mənbələrdən dəqiqləşdirməyə çalışıb.
Azərbaycanın Türkiyədəki diplomatik korpusundan Modern.az-a məlumatı təsdiqləyiblər.
Bildirilib ki, nikah mərasimi dünən Azərbaycanın İstanbuldakı Baş konsulluğunda təşkil olunub.
Qeyd edək ki, Kristofer Van Barenberq 1987-ci il təvəllüdlüdür. O, Hollivudda aktyordur.
Suada Hacızadənin tərcümeyi halını təqdim edirik:
Suada Elxan qızı Hacızadə 24 oktyabr 1999-cu il Bakı şəhərində dünyaya gəlib. Hələ uşaqlıqdan böyük həvəslə musiqiyə meyl ediib.
Təxminən 4 yaşından bədii gimnastika ilə məşğul olmağa başlayıb.
Orta təhsilə Bakı Avropa Liseyində başlayıb.
Musiqiyə marağını nəzərə alan valideynləri Suadanı 3 yaşından Uşaq Filarmoniyasına, Oqtay Zulfüqarovun rəhbərlik etdiyi ansamba gətiriblər.
Daha sonra Suada Yasamal rayonundakı 16 saylı Uşaq Musiqi Məktəbinə gedib.
Burada fortepiano ilə məşğul olmağa başlayıb.
Suada Hacızadə orta ümumi təhsilini Namiq Axundov adına 1 saylı məktəbdə davam etdirib.
2012-ci il tarixində Estoniyanın Tallin şəhərində “Narva ulduzları yandırır” adlı beynəlxalq fortepiano müsabiqəsində III yeri tutub.
2013-cü ildə Estoniyanın Narva şəhərində dahi bəstəkar İohan Sebastyan Baxın şərəfinə gənc pianoçular arasında keçirilən Beynəlxalq müsabiqəsində 2 yerin laureatı olub.
Suada dünya şöhrətli müsiqiçi Mixail Kazinnik tərəfindən təşkil edilən ustad dərslərində iştirak edib.
O, Hollandiya, Polşa, Rusiyada keçirilən festivallarda da mükafatçılar sırasına düşüb.
Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrlərı ilə konsertlər verib. Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi coxsaylı tədbirlərlərdə və digər dövlət, ictimai və mədəniyyət tədbirlərinin fəal iştirakçısı olub.
Suada Hacızadə Prezident mükafatçısıdır.



Van Dammın azərbaycanlı qudası kimdir?
Azərbaycanın Dövlət Komitəsi Van Dammın oğluna müraciət etdi
Van Dammın oğlu ilk dəfə azərbaycanlı həyat yoldaşı ilə FOTO PAYLAŞDI
Van Dammın azərbaycanlı gəlini ilə RƏQSİ GÜNDƏM OLDU - VİDEO
Van Dammın oğlu azərbaycanlı musiqiçi ilə EVLƏNDİ - VİDEO
Van Dammın oğlu azərbaycanlı həyat yoldaşının "Sevgililər Günü"nü belə təbrik etdi
Van Dammın oğlundan Qarabağla bağlı PAYLAŞIM
Məşhur serialın qəhrəmanları evləndi
Hollivud ulduzu gənc qadınla evlənir - FOTO
Fuad Poladovun oğlu evləndi
Hollivud ulduzundan Azərbaycanla bağlı MARAQLI PAYLAŞIM
Nikah və boşanmaların sayı açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 