“Avro-2020”nin qrup mərhələsinin üç və dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edən Bakıda iyunun 18-də personajların keçidi olub.
ONN media xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan mərasimdə Türkiyə, İsveçrə və Uels yığmalarını təmsil edən rəqqaslar, musiqiçilər, maskotlar və azarkeşlər iştirak ediblər.
Keçidin məqsədi Avropa çempionatının Bakıda keçiriləcək oyunlarının təbliğidir. İyunun 20-dək davam edəcək mərasim hər gün Bakının müxtəlif məntəqələrində təşkil olunacaq.
Keçid həm piyada, həm də avtobuslarla gəzintidən ibarətdir. Mərasimdə ümumilikdə 47 personaj iştirak edir. Bakıdakı oyunlarda iştirak edən hər ölkə 4 musiqiçi, 2 maskot, 3 rəqqas və s. ilə təmsil olunur.
Qeyd edək ki, Avropa çempionatı iyulun 11-dək davam edəcək. Bakı Olimpiya Stadionunda A qrupu çərçivəsində İsveçrə - Uels (1:1) və Türkiyə - Uels (0:2) oyunları təşkil olunub. İyunun 20-də Bakıda Türkiyə - İsveçrə qarşılaşması, eləcə də iyulun 3-də dörddəbir final mərhələsinin bir oyunu baş tutacaq



İlham Əliyev və Mehriban Əliyeva Uels-İsveçrə matçını izlədilər
Bakının “Avro-2020”yə ev sahibliyi edəcəyi təsdiqləndi
AVRO- 2020 Türkiyədə keçiriləcək?
Şenol Güneş azərbaycanlılara müraciət etdi
Bu ərazi tam nəzarətə götürülüb - RƏSMİ
AVRO-2020: Türkiyə - İtaliya matçı başladı - YENİLƏNİB
Uels millisi Bakıda gəzintiyə çıxdı
AVRO-2020-də buna icazə verildi
Şenol Güneş: "Azərbaycan ilə hazırlıq matçı oynaya bilərik"
AVRO-2020-ni bu hakimlər idarə edəcək - SİYAHI
AVRO-2020-nin təqvimi
AVRO-2020-nin kuboku İlham Əliyevə təqdim olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 