Rusiyanın hakim “Vahid Rusiya” partiyasının növbəti - 20-ci qurultayında çıxış edən Prezident Vladimir Putin yaxınlaşan parlament seçkilərində partiyanın siyahı liderlərinə beş namizəd təklif edib.
ONN media xəbər verir ki, bu barədə "RIA Novosti"məlumat yayıb.
Rusiya dövlət başçısı hesab edir ki, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin uşaq hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndəsi Anna Kuznetsova, “İstedad və Uğur” təhsil fondunun rəhbəri Yelena Şmeleva və Kommunardakı xəstəxananın rəhbəri Denis Proçenkonun adı Dövlət Dumasına keçiriləcək seçkilərdə partiyanın federal siyahısında lider olmalıdır.
"Mənim fikrimcə, bu siyahı, xüsusilə də ilk beşlik elə olmalıdır ki, orada uzun müddətdir siyasətdə olan insanlar yer alsın. Bizdə onları siyasi ağır çəkili adlandırırıq. Bu insanlar nisbətən yeni, amma elə adamlar olmalıdır ki, bizim inkişafımızın, həyatımızın ən mühüm istiqamətlərini bu və ya digər şəkildə təmsil edirlər", - deyə dövlət başçısı bildirib.
Xatırladaq ki, Rusiya Dövlət Dumasına növbəti seçkilər bu ilin 19 sentyabrında keçiriləcək.



Lavrov və Şoyqunun bu vəzifələrdən imtina ərizəsi təsdiqləndi
Rusiyanın bir neçə naziri Lavrovla birgə Bakıda
Putin TŞ-nin iclasını çağırdı: Bu məsələlər MÜZAKİRƏ EDİLDİ
Putin yeni hökumətin tərkibini təsdiq etdi
Putin Qarabağla bağlı müşavirə keçirdi
Putinin Baş nazir postuna yeni namizəd kimdir?
Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşəcək
Rusiya ABŞ-ın 10 diplomatını ölkədən çıxarır
Şoyqu ilə Arutyunyan görüşdü
Paşinyan Rusiyanın bu təklifini yersiz hesab etdi
KTMT-nin dövlət başçıları toplaşacaq - BU TARİXDƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 