İyunun 20-i paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
ONN media "Xəzər" TV-yə istinadla xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi xəbər yayıb.
Qurumun əməkdaşı Araz Əsgərli bildirib ki, həmin gün paytaxt Bakıda futbol üzrə Avropa çempionatının 3-cü oyunu keçiriləcəyindən hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yollar bağlanacaq.
Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, oyun gunu azarkeslərin Bakı Olimpiya Stadionuna şəxsi nəqliyyat vasitəsilə girişi qadağandır.
Agentliyin mətbuat katibi Mais Ağayevin sözlərinə görə, stadiona gələrkən şəxsi nəqliyyat vasitələrindən istifadə edənlər diqqətli olsunlar. Çünki Bakı Olimpiya Stadionu ətrafındakı küçələrdə və prospektlərdə qadağan olunan ərazilərdə park edilən avtomobillər Məhəmməd Füzuli və Mirzəağa Əliyev küçələri arasında yerləşən yeraltı avtomobil dayanacağına daşınacaq.
Bildirilib ki, ötən oyunlar zamanı bəzi azarkeşlər avtomobillərini Bakı Olimpiya Stadionu ətrafındakı küçə və prospektlərdə qadağan olunan ərazilərdə park ediblər. Bu da ərazidə nəqliyyatın sıxlığına səbəb olub. Nəticədə Heydər Əliyev və Ziya Bünyadov prospektlərindən keçən avtobusların hərəkət intervalında yubanmalar yaranıb. Xüsusilə avtobusların "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə giriş-çıxışında çətinliklər müşahidə olunub.



BNA futbol azarkeşlərinə müraciət etdi
DİQQƏT - Bu yollar bağlanacaq
BNA Avro-2020 ilə bağlı MÜHÜM XƏBƏR yaydı
Sabah Bakıda bu yollar bağlanacaq - Siyahı
BOS-a azarkeşlərin daşınmasına başlanıldı
BNA Türkiyə-Uels oyunu ilə bağlı məlumat yaydı
Bakıda DƏHŞƏTLİ QƏZA: Qəsəbəyə gedən yollar bağlandı
DYP sürücü və piyadalara müraciət etdi
Sabah bu yollar bağlı olacaq
“Qarabağ”-“Çelsi” oyunu üçün 400 avtobus ayrılıb
Bu istiqamətlərdə ekspres xətlər işləyəcək
Bakıda AĞIR QƏZA: bu prospektə böyük tıxac yarandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 