"Ermənistanda hakimiyyətə gələcək yeni rəhbərlik keçmişdən dərs almalıdır".
ONN media xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumundan sonra təşkil olunan brifinqdə deyib.
Türkiyə XİN başçısı bildirib ki, Ermənistanda hakimiyyətə gələcək yeni lider daha öncəki səhvlərindən dərs alaraq bölgənin təhlükəsizliyinin və sülhün tək yolunun qonşu ölkənin torpağına göz dikmək yerinə, onunla münasibətləri düzgün qurmaq olduğunu anlamalıdır:
"Qardaş ölkə torpaqlarını geri aldıqdan sonra həm Türkiyə, həm də Azərbaycan bölgənin təhlükəsizliyi üçün birgə addımlar atır. Bunu hər iki ölkə liderinin açıqlamalarında hər zaman görürük və bütün dünya da görür. Bölgədə bir çox layihələr reallaşdırılacaq ki, bundan da ən çox istifadə edəcək olan Ermənistandır. Ermənistan keçmişdə həyata keçirilən səhv siyasətlər səbəbindən Cənubi Qafqazda geridə qalan ölkədir. Bu, onların öz günahıdır, bizim deyil. Yeni layihələrdən istifadə edəcəkləri üçün, artıq kini geridə qoyub qonşu dövlətlərlə yola getməyi düşünməlidirlər. Bu olarsa, mərhələli şəkildə münasibətlərimizi normallaşdıraraq Azərbaycanla birlikdə bir çox qərarlar verə, sərhədlərimizi aça bilərik. Bir çox yol layihələri var ki, bunun da məqsədi sərhədi açmaqdır. Bu, Türkiyə-Azərbaycan münasibətlərinə də müsbət təsir edəcək, ancaq bizim əlaqələrimiz əvvəldən yüksək səviyyədə qurulub, biz bir millət, iki dövlətik. Bu səbəbdən də hər şərtlərlə münasibətlərimizi inkişaf etdirməyə davam edirik".
M.Çavuşoğlu Şuşada imzalanan tarixi Şuşa Bəyannaməsindən də danışıb: "İki lider tərəfindən imzalanan bu sənəd bir çox şeyi özündə ehtiva edir. Sənədin Şuşada imzalanması isə ayrı bir anlam ifadə edir. Türkiyənin Şuşada baş konsulluq açmaq qərarını liderimiz Rəcəb Tayyib Ərdoğan verdi. Türkiyə XİN olaraq rəsmi işlər tamam olduqdan sonra ilk işimiz baş konsulluğu açmaq və baş konsulumuzu, digər əməkdaşlarımızı oraya göndərməkdir. Orada Azərbaycan bayrağı ilə bərabər Türkiyə bayrağı da dalğalanacaq".


Çavuşoğludan Fransaya XƏBƏRDARLIQ: Dərs çıxarmalıdır
Çavuşoğlu Ermənistana XƏBƏRDARLIQ ETDİ
Çavuşoğludan Əfqanıstan açıqlaması
Türkiyədən Ermənistana daha bir XƏBƏRDARLIQ
Çavuşoğludan Qarabağla bağlı çağırış
Ankara və Moskva Cənubi Qafqazla bağlı razılaşdı
Bu sözləri mən yox, İlham Əliyev deyib! - Çavuşoğlu
"Çavuşoğlu"dan Ermənistan açıqlaması
"Ermənistanla Azərbaycan yenilikçi düşüncə və praktik diplomatiya ilə bir araya gələ bilər"
Ceyhun Bayramov Ermənistana çağırış etdi
Mövlud Çavuşoğlu: "Ermənistan heç nəyə nail olmayacaq"
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 