Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (birinci cəhd) nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1738 namizəddən 31 nəfəri imtahana gəlməyib. 715 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.
Müsabiqə şərtini ödəyənlərdən 252 nəfər 4 və ya 5-ci kurs tələbələridir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.
İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 94 bal olub.
İyunun 20-də keçirilmiş imtahanda 256 nəfər bu ilin, 207 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 463 namizəd ikinci mərhələyə buraxılıb.
2020-ci ildə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 291 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək üçün elektron ərizə forması “apelyasiya.dim.gov.az” saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya Komissiyasına iyunun 22-24-də müraciət edə bilərlər.
Qeyd 1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) avqustun 4-də keçirilməsi nəzərdə tutulur.
Qeyd 2. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) sentyabr ayında keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.



Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
İmtahanın nəticələri açıqlandı
Rezidenturaya qəbul imtahanının nəticəsi belə qiymətləndiriləcək
DİQQƏT- Qəbul imtahanının nəticələri açıqlandı
Bu şəxslərin NƏZƏRİNƏ! Nəticələr açıqlandı
Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub
Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə!
Bu şəxslərin DİQQƏTİNƏ - Qeydiyyat başa çatır
DİQQƏT- Nəticələr açıqlandı
İmtahanların nəticəsi ELAN EDİLDİ
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 