Avropa Birliyi Cənubi Qafqaz ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək istəyir. Xüsusilə də AB-nin şərqə doğru genişlənməsi çərçivəsində bu ölkələr həyati əhəmiyyət kəsb edir.
ONN media bildirir ki, bu sözləri Axar.az-a politoloq Turab Rzayev AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellin mandatı əsasında 24-26 iyun tarixlərində Rumıniyanın xarici işlər naziri Boqdan Auresku, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq və Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin Azərbaycan, Gürcüstan və Ermənistana baş tutacaq səfəri haqda danışarkən deyib.
Politoloqun sözlərinə görə, AB-nin birdən-birə Cənubi Qafqaz ölkələrinə marağının artmasının əsas səbəbi 44 günlük müharibə və onun regionda yaratdığı yeni reallıqlardır:
“ AB Şərq Tərəfdaşlığı proqramı çərivəsində 6 postsovet ölkəsi - Maldova, Ukrayna, Polşa, Azərbaycan, Gürcüstan və Ermənistan ilə işləyirdi. Lakin Birlik uzun müddət Cənubi Qafqaz ölkələri ilə bağlı bir çox problemlə üzləşib. Azərbaycanın 27 ildir münaqişə şəraitində olması, Gürcüstanda daxilində separatizmin güclənməsi, Ermənistanın isə ikili hərəkət etməsi AB-nin Cənubi Qafqaz ölkələri ilə arzuolunan səviyyədə əməkdaşlıq qurmasına maneə törədirdi.
10 noyabr bəyanatından sonra regionda sülhün bərqərar olması, eyni zamanda kommunikasiyaların bərpa olması istiqamətində işlərin görülməsi yenidən AB-nin regiona marağını artırıb. Digər tərəfdən, AB istər 44 günlük müharibə öncəsi, istərsə də ondan sonra regional siyasətdə zəif qaldığını anlayır. Rusiya, ABŞ və Türkiyənin hazırda regionda aparıcı yol oynaması AB-nin də hərəkətə keçməsini zəruri edir. Görünür, AB regiona qayıtmaq istəyir”.



Prezident bu ölkələrin Xarici İşlər nazirlərini qəbul etdi
Bayramov 3 ölkənin XİN başçısı ilə görüşdü
ATƏT sədri Azərbaycana gəlir
Ceyhun Bayramov Brüsseldə mühüm görüşdə iştirak edir
Aİ-nin Bakıdakı nümayəndəsi XİN-ə çağırıldı
NATO nümayəndəsi: Tiflis Bakı və İrəvan arasında...
Rəisi və Çavuşoğlu Azərbaycanla münasibətlərdən danışdı
Brüsseldə "Şərq Tərəfdaşlığı" sammiti başlayır
Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşəcək
Bayramov Mirzoyanla sabah görüşə bilər?
Çavuşoğlunun Bakıya səfər proqramı AÇIQLANDI
Lavrov Abdullahianla Cənubi Qafqazdan danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 