AQTA şənlik mərasimlərinin keçirildiyi məkanlarda kondisioner və havalandırma sistemləri ilə bağlı məsələyə aydınlıq gətirib.
AQTA-dan daxil olan məlumatda deyilir:
"Son günlərdə şənlik mərasimlərinin keçirildiyi məkanlarda kondisioner və havalandırma sistemlərin işləyib-işləməyəcəyi geniş müzakirə mövzusudur. Bildiyiniz kimi, Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”ə uyğun olaraq tənzimlənir. Əlavə olaraq, 50 nəfərdən 150 nəfərə qədər olan şənlik mərasimlərinin keçirilməsi ilə bağlı əlavə metodiki göstərişlər təsdiq olunaraq yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdırılacaqdır. Bildirmək istərdik ki, sözügedən göstərişlərdə kondisionerlərə və havalandırma sistemlərinə dair heç bir məhdudiyyət müəyyən edilməmişdir.
Qaldırılan digər məsələlərdən biri də fərdi yaşayış evlərinin həyətlərində keçirilən şənlik mərasimləri ilə bağlıdır. Bununla bağlı bildirmək istərdik ki, həyətlərdə, bağ yerlərində şənlik mərasimlərinin keçirilməsinə yalnız “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”də müəyyən olunmuş tələblərə riayət edildiyi və qonaq sayı 50 nəfərə qədər olduğu halda icazə verilir".



Şadlıq saraylarında ventilyator və sərinkeşlərdən istifadə qadağan edildi
ŞAD XƏBƏR: Azərbaycanda toylara icazə verildi
Toyda iştirak edəcək qonaqların sayı “icaze.e-gov.az” portalına daxil ediləcək
Şadlıq evlərində monitorinqlər aparıldı, bəylə gəlinə hədiyyələr verildi
Bunu edən şadlıq sarayının sahibi CƏZA ALDI
SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi yumşaldıldı
Toylarla bağlı bu qadağa ləğv olundu
SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi ilə bağlı YENİ QƏRAR
Baş Nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR
Azərbaycanda karantin rejimi uzadıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 