Fransanın yerli mətbuat orqanlarını yaydığı məlumata əsasən, ermənilərdən və gürcülərdən ibarət müxtəlif növ oğurluq üzrə ixtisaslaşmış beynəlxalq mütəşəkkil cinayətkar dəstə saxlanılıb.
ONN media bildirir ki, cinayətkar dəstə ilə bağlı təhqiqatın hələ 2019-cu ildə başladığı bildirilir. Polisin səhər saat 6-da apardığı əməliyyat nəticəsində təkcə Strasburqda yerləşmiş erməni mafiya klanının başçısı və 12 nəfər əl altısı saxlanılıb.
Polis saxlanılan şəxslərin evlərində apardığı axtarışlar zamanı 5 tapança, 4 maşın, bir mototsikl, 352 siqaret bloku, 66 şüşə spirtli içki, 103 böyük markadan olan ətir, 17 min avro, bəzək əşyaları, sərgi nümunələri aşkarlanıb.
Qeyd edək ki, cari ilin fevralında da Fransanın Şimalında saxlanılan mütəşəkkil cinayət qrupunun üzvləri arasında ermənilər olmuşdu.
2018-ci ildə İspaniya polisi narkotik maddələrin satışı üzrə ixtisaslaşmış fəal erməni mafiyasına qarşı əməliyyat aparmış və nəticədə əksəriyyəti erməni olan 142 nəfər saxlanılmışdı. Bildirilmişdi ki, bu qrup Avropada məskunlaşan ən böyük erməni mənşəli beynəlxalq təşkilatdır. Həmin təşkilatın üzvlərinin narkotika ticarəti, çirkli pulların yuyulması, silah ticarəti, tütün kontrabandası ilə məşğul olduqları aşkarlanmışdı.
Xatırladaq ki, bu ilin may ayının 26-da Fransanın Sənt -Etyen şəhərində ermənilər qambiyalı gənci amansızlıqla sakinlərin gözü qarşısında qətlə yetiriblər.(Azərtac)



Rus mafiyasına qarşı BÖYÜK ƏMƏLİYYAT: 23 nəfər...
Fransada erməni və gürcü mafiyası ifşa edildi
Almaniyada erməni mafiyasının üzvlərinə qarşı əməliyyat
Bakıda "Qaqaş" və dəstəsi yaxalandı - FOTOLAR
Polislərdən BÖYÜK ƏMƏLİYYAT: Narkotik satışı ilə məşğul olan şəbəkə İFŞA EDİLDİ
“OCOS” işinə görə azadlığa buraxılan qadın həbs edildi
Bakıda qadın narkotacir HƏBS EDİLDİ
Azərbaycan məhkəməsi erməni terrorçu ilə bağlı QƏRAR VERDİ
13 erməni terrorçunun məhkəməsi nə vaxt keçirləcək? - AÇIQLAMA
Tacikistan antiterror əməliyyatına başladı
BÖYÜK ƏMƏLİYYAT: Bu mafiya şəbəkəsinin 23 üzvü həbs edildi
Sedat Pekerin qardaşı HƏBS EDİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 