Müharibə bitsə də, yerin altına basdırılan gizli düşmənlər - minalar hələ də can almaqda davam edir.
ONN media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) maarifləndirmə işləri üzrə şöbə müdiri Ramil Əzizov Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkil etdiyi tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu gün beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti qurumları "2025-ci ildə minasız dünya" arzusu ilə vahid platforma ətrafında bir araya gəlib.
R.Əzizov Azərbaycanda mina təhlükəsinə dair tədbirləri həyata keçirən müvafiq qurumları, həmçinin minadan zərərçəkənlərin sosial-iqtisadi inteqrasiyası ilə məşğul olanları vahid platformada bir araya gəlməyə çağırıb.
Tədbir iştrakçıları humanitar minatəmizləmə mövzusu ətrafında müzakirələrdə iştrak ediblər. Mina qurbanlarının ehtiyaclarının qarşılanması, onların iş yerləri ilə təmin edilməsi, ölkədaxili və xaricdə müalicəsi, həmçinin mina partlayışı nəticəsində həlak olanların ailə üzvləri üçün nəzərdə tutulan müxtəlif reabilitasiya proqramları haqqında fikir mübadiləsi aparılıb.



Qarabağda nə qədər mina zərərsizləşdirilib?
Mina partlayışlarında neçə nəfər həyatını itirib? - ANAMA AÇIQLADI
ANAMA-dan mina təhlükəsi ilə bağlı xəbərdarlıq
Şuşada bir nəfər minaya düşdü
Son bir həftədə nə qədər mina aşkarlanıb?
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 