Xalq artisti Ağadadaş Ağayev Türkiyədən qayıtdıqdan sonra ilk dəfə “Günün sədası” proqramına qonaq olub.
Veriliş zamanı A.Ağayev səhhətilə bağlı yaşadığı problemlərdən danışıb: “Xalqımızı mən çox sevirdim.
Amma başıma gələnlərdən sonra onların mənə necə dəstək olduqlarını görüb daha çox sevməyə başladım.
Artıq musiqi fəaliyyətimdə aktiv olacam. Çünki bu yaşama şansını Allah mənə verdi. Xəstəliyimi bilən kimi özümü Allah tapşırdım. Çünki Allah mənə 65 il şans verib, çox yaxşı yaşamışam.
Millətimin, xalqımın qarşısında dürüst olmuşam. İnsan xəstəliyə qalib gəldikdən sonra sonra dünyaya fərqli yanaşır. 4 dəfə əməliyyata girdim.
Başa düşdüm ki, insan qədər Allahın sevdiyi ikinci varlıq yoxdur. Həyatımda ilk dəfə ölkəmdən uzaq düşdüm. Ayrı qaldım. İnsanlar mənə zəng edirdi, orqanlarını bağışlamaq istədiklərini bildirirdilər”.
A.Ağayev Türkiyəyə səfərləri zamanı orada öz evində qalırdı. Proqram zamanı sənətçi həmin evin başqa insan tərəfindən satıldığını bildirib: “Həmin evimi satıblar, pulunu isə yeyiblər. Halal xoşları olsun. İndi başqa yeni və kiçik evimiz var. Hava limanına yaxın ərazidə yerləşir”. (baku.vs)



Ağadadaş Ağayev ilk dəfə türkiyəli xanımı ilə görüntüləndi — VİDEO
Ağadadaş Ağayev yenidən əməliyyat olunacaq
“Ermənilər avtobusu partladanda qızımla orada idim, ağır yaralanıb, yaddaşımı itirmişdim”
Ağadadaş Ağayevin SON DURUMU
Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - TƏFƏRRÜAT
Üçüncü dəfə əməliyyat olunan Ağadadaş Ağayevdən XƏBƏR VAR
Ağadadaş Ağayevin son durumu açıqlandı
Ağadadaş Ağayevin aqibəti necə oldu?
“Həkim dedi ki, üç saatdan sonra ölə bilərsən” - Xalq artisti
Baş verən hadisə ilə bağlı YENİ FAKTLAR
Flora Kərimova: “Qızım düşmənlərin tərəfini saxlayır”
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 