Elə jurnalistlər var ki, 1 dəqiqəlik məşhurluq üçün sensasiya yaradırlar. Bəzən müsahibənin kontekstindən kənara çıxırlar. Bunu bilərəkdən və məqsədli şəkildə etdiklərini düşünmürəm... Bu yaxınlarda incəsənət və estrada musiqisi barəsində geniş müsahibə vermişdim, hansısa sözə interpritasiya edərək başlıq çıxarıb internetdə paylaşıblar.
ONN media xəbər verir ki, bu sözləri Xalq artisti Sərxan Sərxan videomüraciətində deyib. O, sonuncu müsahibəsində rayonluların teatr, konsert anlayışının olmaması barədə yayılan xəbərlərə aydınlıq gətirib. Sosial şəbəkələrdə kəskin tənqidə məruz qalan müğənni anlaşılmazlıq olduğunu və hadisələrin bu cür vəziyyət almasına üzüldüyünü bildirib:
“Düz etmirlər, cəmiyyətdə fikir ayrılığı yaradırlar. Gənc jurnalistlərə həmişə yardım etməyə çalışmışam. Amma belə alçaq yolla məşhurluq qazanmaq olmaz. Məndən müsahibə alan jurnalistin belə bir məqsədinin olduğunu düşünmürəm. O, ürəklə işini görürdü. Mən hətta yazını oxumuşdum. Görünür, yazıda müxtəlif mövzular olsa da, daha yüksək səlahiyyətləri olan şəxs həmin ifadəni önə çıxararaq sensasiya yaratmağa çalışıb.
İstəyirəm, onlar bundan arınsınlar. Bu, bizi birləşdirmir, tam əksi, parçalayır. Diqqətli olun. Hər bir halda mən sizin hamınızı, bütün Azərbaycan xalqını sevirəm. Yazıda qeyd ediblər ki, rayonluları sevmir, dərinə getsək, biz elə hamımız rayonluyuq. Heç vaxt bunu ayırmamışam. Sizin üçün darıxıram. Uçuşlar mümkün olduğu halda Moskvadan qayıdacağam”.
Məlumat üçün bildirək ki, Sərxan Sərxanın “Rayonlu nə bilir konsert nədir, teatr nədir?” başlığı altında yayılan müsahibəsi səs-küy doğurmuşdu.



Sərxan Sərxandan qalmaqallı müsahibəsi ilə bağlı AÇIQLAMA
Xalq artisti Sərxan Sərxanın Bakıda növbəti konserti olacaq
AFFA-nın yeni prezidenti kim olacaq?
Verdiyi sözü tutmadı - Onu "Maşın"sız qoydu
Azərbaycanda zavodda partlayış - ÖLƏN VAR
Xalq artisti ölüm xəbərindən danışdı
Xalq Artisti onlayn qazancını AÇIQLADI
Tanınmış aparıcının vəziyyəti qəfildən ağırlaşdı
AFFA-da bu vəzifə ləğv olunacaq
Elşən Hacıyevə YÜKSƏK VƏZİFƏ VERİLDİ
“Onlar bilərəkdən qaydaları pozub görülən işlərə kölgə salırlar” – Vitse-spikerdən sərt MÜNASİBƏT
BBC-nin aparıcısı Paşinyanı pis vəziyyətə saldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 