Sosial şəbəkələrdə magistratura pilləsi üzrə xarici universitetlərə qəbul olmuş şəxslərə hərbi xidmətdən möhlət hüququnun verilməməsi ilə bağlı məlumatlar müzakirələrə səbəb olub. Şikayətçilərin iddialarına görə, hərbi çağırışla bağlı möhlət almaq üçün müraciət etdikdə onlara bildirilib ki, xarici ölkələrdə magistratura pilləsinə qəbul olan şəxslərin möhlət hüququ ləğv edilib. Bu hüquq ancaq dövlət xətti ilə xaricdə və yerli universitetlərə qəbul olunan şəxslərə veriləcək.
Məsələ ilə bağlı açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, "Hərbi xidmət haqqında” qanuna görə ali təhsil müəssisələrinin bakalavr, magistratura və doktorantura pilləsində təhsil alan şəxslərə bir dəfə hərbi xidmətdən möhlət hüququ verilir:
"Ancaq torpaqlarımızın işğaldan azad edilməsindən sonra müdaxilə edə biləcəyimiz ərazilər genişlənərək sərhədin uzanması səbəbindən Azərbaycan Ordusunda ehtiyat əsgər ehtiyacı yarandı. Hazırda bizə də magistratura, hətta bakalavr və subbakalavr məzunlarının xarici ölkələrdə təhsil almağına baxmayaraq, onlara möhlət verilməməsi ilə bağlı çoxsaylı şikayətlər daxil olur. Biz bu məsələni iki tərəfdən araşdıra bilərik. Birincisi, vətənpərvərlik baxımından hərbi xidmət hər kəsin borcudur. Ancaq digər tərəfdən hesab edirəm ki, onsuz da onlar hərbi xidmət borclarını yerinə yetirəcəklər. Bizə ali təhsilli insanlar da lazımdır”.
K.Əsədov magistratura pilləsi üzrə xaricdə təhsil alanların sayının maksimum 600-700 nəfər olduğunu vurğulayıb:
"Azərbaycan Ordusunun isə kifayət qədər gücü var. "Hərbi xidmət haqqında” qanuna görə magistratura pilləsində xarici ölkələrdə təhsil alan şəxslərə hərbi xidmətdən möhlət hüququ verilir. Qeyri-rəsmi formada isə komissarlıqlardan tələbələrə belə bir informasiya bildirilib ki, əgər bakalavrlar Azərbaycanda magistratura pilləsinə qəbul olmayıbsa, onlara təhsilə görə möhlət hüququ verilmir. Ancaq bu, həmin şəxslərin təhsil hüququnun məhdudlaşdılırmasıdır. Bu, doğru addım deyil”.



Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək
Azərbaycanda BU ŞƏXSLƏRƏ də hərbi xidmətdən möhlət veriləcək
Hərbi xidmətin müddəti 6 aya endirilir? - Açıqlama
Tələbə çağırışçılara möhlət... - Rəsmi açıqlama
Vətən müharibəsində iştirak edən bu şəxslərə 3 ay möhlət veriləcək
Vətən müharibəsində iştirak edən bu şəxslərə bağlı QANUN TƏSDİQLƏNDİ
Bu şəxslərə hərbi xidmətdən möhlət verildi
Tələbələr bu hallarda ali məktəbdən xaric edilə bilərlər - YENİ QANUN
Nazirlər Kabineti doktoranturaya qəbul qaydalarını DƏYİŞDİ
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 