Bakı Telefon Rabitəsi MMC ("Baktelecom") işçilərin sosial vəziyyətinin və rifah halının yaxşılaşdırılması məqsədilə əməkhaqqı islahatı həyata keçirib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, nəticədə fəhlə kateqoriyasından olan bir qisim işçinin əmək haqları orta hesabla 18% artırılıb. Sözügedən kateqoriyadan olan əməkdaşlar iyun ayı üzrə maaşlarını iyul ayından müvafiq artımla əldə ediblər. Ümumilikdə əməkhaqqı artımı 500 nəfərə yaxın işçiyə şamil edilib.
Əməkhaqqı artımı qurumun fəaliyyətində aparılan optimallaşdırma nəticəsində qənaət olunmuş vəsait hesabına həyata keçirilib. Əməkdaşların rifah halının yüksəldilməsi istiqamətində islahatlar gələcəkdə də davam etdiriləcək.
Eyni zamanda "Baktelecom" tərəfindən önümüzdəki dövr ərzində işçilərin bilik və bacarıqlarının artırılması, fəaliyyətinin obyektiv qiymətləndirilməsi və motivasiyalarının yüksəldilməsi üçün təlim və tədbirlərin keçirilməsi də nəzərdə tutulub.



Yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir
Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq?
ŞAD XƏBƏR: Bu işçilərin maaşları artdı
Maaş artımı ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ: yanvarın 1-dən ... - VİDEO
Bu şəxslərin maaşı artıb
Bu şəxslərə ŞAD XƏBƏR: Maaşlar artırıldı
Prezidentin sərəncamı neçə nəfərin maaşına təsir etdi?
Azərbaycanda bu şəxslərin maaşı artırıldı
İşçilərin əməkhaqqı 3,7 faiz artıb - Bakıda
Sərəncam Azərbaycanı MDB-də II yerə qaldırdı
Kimlərin əməkhaqqıları artacaq?- SİYAHI
Azərbaycanda əhalinin gəlirləri artıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 