Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-in müraciətində bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 7-dək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında arabir güclü küləyin əsəcəyi proqnozlaşdırılır.
Gözlənilən hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.
Nazirlik xüsusilə yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladır ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.
Həmçinin, güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur.



Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Nazirlikdən hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ
FHN hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi
Nazirlikdən hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq
Sabahla bağlı əhaliyə MÜRACİƏT EDİLDİ
Küləkli hava ilə bağlı FHN-dən müraciət
Hava ilə bağlı XƏBƏRDARLIQ
FHN hava ilə bağlı əhaliyə müraciət etdi
FHN əhaliyə müraciət etdi: Ehtiyatlı olun!
Nazirlikdən hava xəbərdarlığı
FHN hava ilə bağlı XƏBƏRDARLIQ ETDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 