ABŞ Əfqanıstanda hərbi iştirakına son qoyur, 20 ildən sonra bu ölkəni tərk edir. Çin də bir neçə gün əvvəl vətəndaşlarına müraciət edərək Əfqanıstanı tərk etməyə çağırıb.
ONN media xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, Azərbaycanın sülhməramlılar tərkibində Əfqanıstanda 120 hərbçisi var:
“Fikrimcə, parlamentin müvafiq komitəsi bu məsələni müzakirə etməlidir. Eyni zamanda hökumətə də müraciət edilməlidir. Nə qədər gec deyil, oradan çıxmalıyıq”.
Deputat qeyd edib ki, ABŞ ərazidən çıxdıqdan sonra “Taliban” hərəkatı rəsmi əfqan hökumətinin nəzarətində olan əraziləri bir-bir ələ keçirir:
“Orada islam respublikası qurmaq istəyirlər. Əhali bunu istəyir. Xalqa imkan vermək lazımdır ki, təbii inkişaf yolu ilə getsin”.
Q.Həsənquliyev bildirib ki, ABŞ, Almaniya və digər ölkələr kimi biz də hərbi kontingentimizi Əfqanıstandan çıxarmalıyıq.



ABŞ çağırış etdi: Bu ölkəni tərk edin
Toylara İCAZƏ VERİLSİN - Milli Məclisdə MÜHÜM MÜZAKİRƏ
Bu şəxslərə 10 min manat maaş veriləcək?
Polislərin maaşı 2 dəfə artırılsın - Deputat
Milli Məclisdə pensiya yaşı ilə bağlı VACİB TƏKLİF
ABŞ Əfqanıstandan 9 min nəfəri təxliyə etdi
Orta məktəb uşaqlarını şikəst edirlər - Deputat
Deputatdan nazirə müraciət
“Taliban” Bakıdakı səfirliyə məktub GÖNDƏRDİ
ABŞ qoşunlarını bu ölkədən çıxarır - Tramp TƏSDİQLƏDİ
Pensiyalar nə qədər artacaq?
"Taliban"dan ŞOK TÜRKİYƏ HƏMLƏSİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 