Tanınmış aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) barəsində hüquq-mühafizə orqanlarına şikayət daxil olub.
Şikayətçi E.R. (şərtidir) hüquq-mühafizə orqanlarına şikayət edərək N.Fərhadoğlu tərəfindən döyüldüyünü və aşığın ona qarşı seksual xarakterli hərəkətlər etdiyini iddia edib.
N.Fərhadoğlu isə qadının ona şər atdığını, belə bir hadisə yaşanmadığını açıqlayıb.
Bu gün isə xanım Namiqin ona qarşı zor tətbiq etdiyi anın səs yazısını yayıb.
Səs yazısında qadının ona "Bura uşağım üçün gəlmişəm. Burax məni, ürəyimdə problem var, burax" deyərək, qarşı çıxmağa çalışdığı yer alıb.
Namiq isə ona "Səndən xoşum gəlir, özünü ələ al" deyərək israr edib.
Qeyd edək ki, Aşıq Namiq adı daha çox qalmaqallarda hallanan sənət adamıdır. Bundan əvvəl də N.Fərhadoğlu barəsində hüquq-mühafizə orqanlarına analoji şikayət edilmişdi. Belə ki, ötən ilin oktyabrın 30-da N.Hüseynov barəsində Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə şikayət ərizəsi daxil olub. Müraciətdə vətəndaş sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin ona etik olmayan təkliflər etməsini və onun tələblərinə əməl etməyəcəyi təqdirdə hədə-qorxu gəlməsini vurğulayıb. İş üzrə aparılan araşdırmanın xüsusatlarını aydınlaşdırmaq məqsədilə Namiq Hüseynov müvafiq polis şöbəsinə dəvət olunmasına baxmayaraq o, polisə tabesizlik nümayiş etdirib, şikayət edən qadının ünvanına isə qeyri-etik ifadələr səsləndirib. Məhkəmənin qərarı ilə N.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Sözügedən səs yazısını təqdim edirik.(axşam.az)



Aşıq Namiqə qarşı ŞOK İTTİHAM: Seksual zorakılıq...
İttiham olunan Aşıq Namiq danışdı: "Xanım yeddi-səkkiz aydır mənə deyir ki.."
Parkın ortasında 13 yaşlı qıza qarşı İYRƏNC ƏMƏL: Seksual manyak...
Azərbaycanda kapitan gəmidə qadını zorlamaq istədi
Namiq Qaraçuxurludan ÜZÜCÜ XƏBƏR
Deputatın qardaşı oğluna cinayət işi açıldı
Namiq Qaraçuxurluya ağır itki üz verib
SON DƏQİQƏ: Cəlilabad İcra Hakimiyyətində əməliyyat keçirilir - HƏBSLƏR VAR
Bakıda Lənkəranskinin qardaşının restoranında əməliyyat: Canıyev və 10 nəfər...
İcra başçısı həbs edildi - RİH əməkdaşı intihar etdi - SON DƏQİQƏ
Abşeronda İYRƏNC CİNAYƏT
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 