Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
ONN media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 61 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 5-i azyaşlı olmaqla 9 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib.
Həmçinin, Novxanı kəndində dənizdə qeyri-çimərlik ərazidə batan 2000-ci il təvəllüdlü İsmayılov Zaur Raqib oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, Samur-Abşeron su kanalının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində suda batan 1998-ci il təvəllüdlü Nurəlizadə Güləli Emin oğlunun meyiti xilasetmə qüvvələri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



FHN 8 nəfəri xilas etdi
FHN əməkdaşları boğulmaq təhlükəsi ilə üzləşən 14 nəfəri xilas etdi
FHN 3 nəfəri xilas etdi
Çimərliklərdə 7 nəfər ölümün pəncəsindən xilas edildi
FHN 8 nəfəri xilas etdi
FHN 5 nəfəri xilas etdi
Ötən gün ölkədə 21 yanğın olub
FHN: Ötən sutka 9 nəfər xilas edilib, 2 yaralı var
Bakıda 25 metrlik quyuya düşmüş şəxs ölümdən qurtuldu
Köməksiz qalan 7 nəfər xilas edildi - FHN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 