Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Allahyar Abışov vəfat edib.
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Mətbuat katibi Kənan Məstəliyev idmançının ölüm səbəbi ilə bağlı məlumat əldə etmədiklərini bildirib.
O, Abışovun dünyasını dəyişməsi xəbərinə üzüldüklərini söyləyib: "Allahyar yaxşı idmançı olub. Bu xəbəri eşitmək çox üzücü oldu. Amma niyə və nədən vəfat etməsi barədə məlumatımız yoxdur. Bunu araşdırmağı, səbəblərini öyrənməyi heç doğru da saymamışıq. Bunun üçün müvafiq orqanlar var. Bu, onların işidir, lazım gəlsə, edəcəklər. Biz isə milli komandanın sabiq üzvünü itirdik. Əsas məqam budur. Allahyar Abışovun xatirəsini yad edir, Allahdan ona rəhmət diləyirik".
İdmançının bacısı Rəna Abışova Sportfm.az-a açıqlamasında Allahyar Abışovun “patı” kimi tanınan metamfetamindən vəfat etdiyini bildirib. Onun ölüm səbəbinin aşkarlanması üçün tibbi ekspertiza təyin edilib.
Qeyd edək ki, Allahyar Abışov 2015-ci ildə gənclərin Avropa çempionatında 62 kq çəki dərəcəsində Avropa çempionu olub. (report)



Tofiq Heydərov İSTEFA VERDİ
Xanım idmançının müəmmalı ölümü
İcra başçısının ölüm səbəbi açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
17 yaşlı idmançı QƏFLƏTƏN ÖLDÜ
Olimpiya Oyunlarına bu idmançılarımız gedir - SİYAHI
Milli Məclisdən açıqlama: Deputatın ölüm səbəbi...
İki qardaş eyni gündə öldü - BAKIDA DƏHŞƏT
BDU-nun 4 müəllimi koronadan vəfat edib?
Prezident BU DEPUTATLA bağlı sərəncam imzaladı
Amerikalı məşhur boksçu vəfat etdi
Hadı Rəcəblinin ölüm səbəbi bəlli oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 