Paytaxtın Suraxanı rayonundakı 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, keçirilmiş əməliyyat tədbirləri ilə sözügedən tibb müəssisəsinin vəzifəli şəxslərinin ayrı-ayrı vətəndaşlara peyvənd vurulmadan “COVID-19 vaksinasiyası üzrə məlumat forması”nda vaksin olunmaları ilə bağlı yalan məlumatları daxil etmələri müqabilində xəstəxananın inzibati binasında onlardan müxtəlif məbləğlərdə pul almalarına əsaslı şübhələr müəyyənləşdirilib.
Həmin faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılır.
İstintaqın gedişi və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.



Daha bir vəzifəli şəxs məsuliyyətə cəlb olundu
Saxta elmi ad satan vəzifəli şəxs SAXLANILDI
Bakıda daha bir əməliyyat- Tutulanlar var
Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu
Bakıda saxta COVID-19 pasportu verən xəstəxana aşkar edildi
SON DƏQİQƏ: Azərbaycanda yüksək vəzifəli şəxs tutuldu
SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxslərə CİNAYƏT İŞİ AÇILDI
SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxslər HƏBS EDİLDİ
Bakıda yüksək vəzifədə işləmiş şəxs həbs edildi - ƏHALİYƏ MÜRACİƏT
Baş Prokurorluq əməliyyat keçirdi: vəzifəli şəxslər İFŞA EDİLDİ
Azərbaycanda vəzifəli şəxslərə CİNAYƏT İŞİ AÇILDI
BNA-nın vəzifəli şəxsləri həbs olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 