“Hazırda Türkiyənin ixtisaslaşmış psixoloqları ilə intiharlarla bağlı təlimlərə başlanılıb”.
ONN media bildirir ki, bunu TƏBİB-in Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı TƏBİB tərəfindən jurnalistlər üçün keçirilən “Medianın psixi sağlamlıqda rolu” mövzusunda təlimdə deyib.
O bildirib ki, bundan sonra Təhsil Nazirliyi ilə birgə məktəblərdə, həmçinin hərbçilərlə əlaqədar müəyyən tədbirlərin keçirilməsi planlaşdırılır: “Ətrafdakılar intihar düşüncəsi olanları necə yönləndirə biləcəyi ilə bağlı məlumatlı olmalıdır. Bəzən ətrafda yanlış yanaşma olduğu üçün intihar halları arta bilir. Koordinasiya halında çalışmaq belə hallarda ən vacib məsələdir. Hazırda Səhiyyə Nazirliyi, ƏƏSMN, “YAŞAT” Fondu ilə sıx əlaqədə çalışırıq”.
N. Osmanlı qeyd edib ki, Vətən müharibəsi dövründə regionlarda 19 xəstəxanada yaralılara psixoloji yardım göstərilib:
“Həmin müddətdə ümumilikdə 3 316 yaralıya psixoloji dəstək olunub. Təəssüf ki, qazilərimiz arasında intihar halları artıb. Psixoloq yardımı könüllü keçirilir. Bəzən qazilər keçirdikləri hisslərdən dolayı yardımımızı qəbul etmirlər”.
Mütəxəssisin sözlərinə görə, regionlarda mart ayından iyula qədər 353 şəhid ailəsi üzvlərinə, 686 hərbçiyə, 156 terror qurbanına psixoloji dəstək göstərilib.(apa.az)



TƏBİB məktəblərdə yenilik edəcək
Psixoloji dəstək üçün çağrı mərkəzi yaradılıb - QƏRARGAH
Lənkəranda gənc qadın özünü 3-cü mərtəbədən atdı
Yoluxma halları daha çox burada olur – TƏBİB
İşğaldan azad olunan ərazilərdə 2 səhra hospitalı yaradıldı
Türkiyədə QANDONDURAN OLAY- Ata övladını...
Bakıda DƏHŞƏTLİ İNTİHAR: Özünü 16-cı mərtəbədən atdı
“Media belə hadisələri yayımlayanda həssaslıq göstərməlidir...”
Nazirlik uşaq intiharlarının səbəbini açıqladı
Gənc yaş qruplarında yoluxma halları artır - Ramin Bayramlı
Azərbaycanda vəzifəli şəxs özünü asdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 