İyulun 1-də yoxlama apardığımız paytaxt restoranlarının birində dünyasını dəyişmiş xalq artisti Səməd Səmədov iştirak edirdi. O, bizə dəstək oldu və COVİD-19-la bağlı ictimaiyyətə elan verdi. Lakin onun bu gün həyatını itirməsi koronavirusla əlaqədardır. O, sağlamlığına biganə yanaşırdı. Özündən başqa digər qohumları da COVİD-19 səbəbindən dünyasını dəyişmişdi. Bu, artıq cəmiyyət üçün bir çağırış olmalıdır.
ONN media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, toy və digər kütləvi məclislərdə karantin davranış qaydaları kobud şəkildə pozulur:
“Ev şəraitində keçirilən 50 nəfərədək olan məclislərdə yenə də sosial məsafənin gözlənilməməsi və tibbi maskadan istifadə olunmaması hallarına rast gəlinir. Bununla yanaşı, ictimai nəqliyyatda və əhalinin çox olduğu yerlərdə də sosial məsafənin gözlənilməməsi və qaydalara əməl olunması qeydə alınır. Qaydalar cəmiyyətin sağlamlığına yönəlmiş tədbirlərdir. Heç bir halda hökumət maraqlı deyil ki, vətəndaşın şad gününə hansısa inzibati formada müdaxilə etsin. Bu gün yoluxma rəqəmlərinə insanlar etinasız yanaşmamalıdır. Bakıdan, Mingəçevirdən, Şəkidən, Şirvandan, Göyçaydan peyvənd pasportu olmadığı üçün toya buraxılmayan vətəndaşlarımızın görüntülərini yaydıq. Əgər orada nəzarət və yoxlama tədbiri olmasaydı həmin şəxslər məclisdə iştirak edəcəkdi və bu da yoluxmanın kəskin artmasına səbəb olacaqdı. Təsadüfi deyil ki, biz toyda aktiv COVİD xəstəsi də saxladıq”.



Toylarda rəqs edənlər maska taxacaq? - RƏSMİ
DİN maska ilə bağlı əhaliyə müraciət etdi
TƏBİB-dən Səməd Səmədovun ölümü ilə bağlı AÇIQLAMA
Toy edənlərin NƏZƏRİNƏ: Polis qəfil yoxlama keçirə bilər
Polis mülki geyimdə avtobuslarda reyd keçirdi - DİN
DİN-dən əhaliyə daha bir xəbərdarlıq
Koronaviruslu xəstələr dərmanları necə ala bilərlər?
Bu şəxslər Bakı metrosuna BURAXILMIR - YOXLAMALAR BAŞLADI
Xalq artisti Səməd Səmədov vəfat etdi
"PlayStation" zalları ilə bağlı QAYDALAR - RƏSMİ
DİN sosial şəbəkələrlə bağlı əhaliyə müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 