Türkiyənin Muğla vilayətinin Marmaris bölgəsində yanğınların əhatəsi və şiddəti güclənib.
ONN media xəbər verir ki, havaların kəskin isti keçməsi və dəyişən istiqamətli külək söndürülmüş ocaqlarda soyutma və lokallaşdırma işlərini çətinləşdirir. Bir sıra hallarda göstərilən səbəblərdən sönmüş sahələrdə təzədən alovlar yüksəlir.
Hisarönü məhləsində yanğınların yaşayış məskənlərinə doğru səmt alması əhalini təşvişə salıb. Hazırda Marmaris helekopterlərin intensiv çalışdığı ərazilərdəndir.
Qeyd edək ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğısöndürən-xilasedici heyətdən ibarət birinci qrupu iyulun 31-dən başlayaraq bu bölgədə fəaliyyət göstərir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Ötən gün axşam saatlarında isə FHN-in daha bir yanğın-xilasetmə qrupu qardaş ölkəyə yola salınıb.
İkinci qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir.
Bu qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə çatmaq üzrədir.
İlkin məlumata görə FHN-nin digər qüvvələri də Marmaris bölgəsindəki yanğın ocaqlarının zərərsizləşdirilməsinə cəlb olunacaqlar.



FHN-in üçüncü qrupu Muğlaya çatdı
FHN-in 4-cü qrupu Türkiyəyə yola düşdü
Azərbaycanın yanğınsöndürənlərinin növbəti qrupu Ordu əyalətinə çatdı
Azərbaycanın yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşdü
Türkiyədə güclü zəlzələ əhalini TƏŞVİŞƏ SALDI
FHN-in dəstək qüvvələri Türkiyəyə yola salınır
Azərbaycanın yanğınsöndürənləri Türkiyədə əməliyyatlara başladı -VİDEO
FHN-nin məsul vəzifəli əməkdaşları Dənizlidə
Türkiyənin turizm bölgəsində YANĞIN: ölən var
General Türkiyəyə yola düşdü
FHN-in yanğın-xilasetmə qrupu Türkiyədən qayıtdı
Türkiyəni kimlər yandırdı? - 3 VACİB DETAL
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 