Bu gün toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimov Binəqədi Rayon Məhkəməsinə gətirilib.
ONN media xəbər verir ki, məhkəmədə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, E.Səlimov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.



SON DƏQİQƏ: Eldəniz Səlimov məhkəməyə gətirildi
Həbs olunan deputatdan XƏBƏR VAR
Eldəniz Səlimov YAP-dan çıxarıldı
Milli Məclisdə MÜHÜM MÜZAKİRƏ: Eldəniz Səlimovun...
Baş Prokurorluq deputatın polisi döyməsi ilə bağlı MƏLUMAT YAYDI
Eldəniz Səlimov apellyasiya şikayəti verdi
Həbs edilən deputat bu təcridxanaya aparıldı
Eldəniz Səlimovun cinayət işi icraata verildi
Polisi döyən deputatın məhkəməsinin vaxtı açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 