Toğanalı-Kəlbəcər avtomobil yolundan ilboyu fasiləsiz istifadə üçün tunel çəkiləcək.
ONN media bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov 2021-ci ilin altı ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, sözügedən müəssisə tərəfindən Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolunda aparılan lazımi təmir işləri nəticəsində Müdafiə, Sərhəd və digər qoşun növlərinin hərbi nəqliyyat vasitələrinin, habelə dinc əhalinin fasiləsiz hərəkəti təmin edilib.
Rəis müavini qeyd edib ki, 2021-ci il yanvar ayının 7-də Alban-Udi xristian dini icmasının Milad bayramı ilə əlaqədar olaraq uzun illərdən sonra ilk dəfə Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırında ibadət etmələri üçün Kəlbəcər rayonundakı Xudavəng Monastır Kompleksinə və əksinə gedişi də məhz bu yolla - Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolu ilə təmin edilib.
Sözügedən yolun II texniki dərəcəyə uyğun yenidən qurulması üçün layihə sənədləri hazırlanır və Murov dağının altından uzunluğu 23,4 kilometr təşkil edəcək avtomobil tunelinin tikilməsi də nəzərdə tutulur. Bu, imkan verəcək ki, Toğanalı-Kəlbəcər avtomobil yolundan bütün ilboyu fasiləsiz və təhlükəsiz istifadə edilsin.



Şuşaya II avtomobil yolunun inşası bu tarixdə bitəcək
Qarabağ və Şərqi Zəngəzurda çəkilən yolların xəritəsi açıqlandı
Murov dağının altından Kəlbəcərə TUNEL ÇƏKİLİR - RƏSMİ
Qarabağda bu istiqamələrdə yeni yollar çəkiləcək
"Zəfər yolu" istifadəyə veriləcək - BU TARİXDƏN...
Bu tarixdən Kəlbəcər yolunun çəkilişinə başlanılacaq - AAYDA sədri
Murovdağ tuneli ilə bağlı YENİ XƏBƏR
Murovdağ tuneli belə partladıldı - Video
Kəlbəcər yoluna 35 sm qar yağdı - YOLLARI BUZ BAĞLADI
İlham Əliyev Kəlbəcər və Laçına getdi
Prezident Kəlbəcərə getdi
Prezident birinci xanımla Kəlbəcər və Laçına getdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 