Paytaxta xəstə ağaclar utilizasiya edilir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, artıq bir müddətdir ki, paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş Eldar şamlarının quruması baş verir ki, bu da sakinlərimizi ciddi narahat edir. Məsələ ilə əlaqədar bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, AMEA-nın Botanika İnstitutu və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, Qida Təhlükəsizlıyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə xüsusi komissiya yaradılıb və müəyyən edilib ki, Abşeron yarımadasında mövcud Eldar şamlarının bir hissəsi sürətlə yayılan göbələk xəstəliyinə tutulub. Bu kimi hallar tək ölkəmizdə deyil, qonşu Gürcüstanda da geniş şəkildə baş verib.
Komissiyanın ilkin rəyinə görə, xəstəliyin başqa ağaclara keçməsinin qarşısının alınması və yaşıllıq sahələrinin qorunması üçün bu ağaclar çıxarılaraq utilizasiya edilməlidir. Ekologiya və Təbbi Sərvətlər Nazirliyi tərəfindən artıq belə qərar qəbul edilib.
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Komisiya yaradılıb və xüsusi proqram hazırlanıb. Problemin aradan qaldırılması üçün birinci növbədə xəstə, qurumuş ağaclar çıxarılaraq utulizasiyaya göndərilir və eyni zamanda digər ağacların qorunması üçün onlar tərkibində mis olan xüsusi dərman preparatları ilə dezinfeksiya edilir.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, digər aidiyyatı qurumlarla birgə paytaxtın bütün rayonlarında genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Utilizasiya edilən ağacların yerinə əkin mövsümündə yeni ağaclar əkiləcək.
Qeyd edilməlidir ki, paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utulizasiya ediləcək ağacların siyahısı hazırlanıb və mərhələli şəkildə bu işlər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçiriləcək.



Bakıda yaşıllığı məhv edən xəstəlik yayılır - ŞOK
Bu gün Bakıda 550 küçə dezinfeksiya edildi
Şəhidlər Xiyabanında məzarların qarşısı ağaclarla kəsilib? - VİDEO
ETSN ağacların dibinə yanacaq tökənlərlə bağlı polisə müraciət etdi
Nərimanov rayonunda karantin rejimindən istifadə edib ağacları kəsdilər - FOTOLAR
Eldar Əzizov sürüşmə zonasına gəldi
Bu gün Bakıda 546 küçə dezinfeksiya edildi
Bakıda sanitar günü keçirildi
Bu icra başçılarına ciddi xəbərdarlıq edildi
Eldar Əzizov Bakı “mer”inin seçki ilə seçilməsindən danışdı
Bakıda 60 ağac aşdı
Bakıda ilk qardan sonra geniş təmizlik aparıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 