Paytaxtın Qaradağ rayonunda karantin qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları Lökbatan qəsəbəsində yerləşən ‘’Club-85’’ adlı kafenin sahibi Burhan Məmmədzadənin müştərilərə qəlyan verdiyini aşkar edib.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Burhan Məmmədzadə 10 sutka inzibati qaydada həbs edilib.
Paytaxtın Qaradağ rayonunda karantin qaydalarını pozan şadlıq sarayının rəhbəri də həbs olunub. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı rayonun Ələt qəsəbəsində yerləşən ‘’Nərmin’’ şadlıq sarayında keçirilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkar olunub.
Yoxlama zamanı 6 nəfərin vaksin olunmadığı müəyyən edildiyindən onlar toya buraxılmayıb.
Təyin edilən toy mərasimi ‘’icazə.gov.az’’ portalında qeydiyyatdan keçirilməsinə baxmayaraq məclisdə 180 nəfərin iştrak etməsi aşkar edilib.
Buna görə də həmin şadlıq sarayının sahibi Malik Xəlilov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğu üçün onun barəsində Qaradağ Rayon Polis İdarəsində toplanmış material rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün inzibati qaydada həbs edilib.



"Atabəy" şadlıq sarayının rəhbəri həbs edildi
Restoran sahibi həbs edildi
Azərbaycanda iş adamı həbs edildi
Astarada şadlıq sarayının sahibi cərimələndi
Bərdədə müştərilərə qəlyan təklif edən şəxs həbs edildi
Peyvəndsiz müştərilərə xidmət göstərən kafe sahibi cəzalandırıldı
Kürdəmirdə şadlıq sarayının rəhbərliyi cərimələndi
Sumqayıtda restoran sahibi həbs edildi
Xırdalanda ƏMƏLİYYAT: "Ray club"un sahibi və 18 müştəri...
Bu restoranlarda karantin qaydaları pozuldu
Polis "Məşədibad" hamamına BASQIN ETDİ: 23 nəfər HƏBS EDİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 