""Taliban"la bəzi danışıqlar keçirilənə qədər hazırda müvafiq qurumlarımız fəaliyyətlərini davam etdirir. Hətta bəlkə mənim belə onların liderini qəbul etməyim mümkün ola bilər".
ONN media xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Əfqanıstanda irəliləyişini davam etdirən "Taliban"la bvağlı danışarkən deyib.
Türkiyə lideri avqustun 11-də axşam qatıldığı canlı yayımda gündəmi dəyərləndirib və "Taliban"la əlaqə saxlamaq barədə siqnal verib.
Ərdoğan ABŞ əsgərlərinin may ayında başlayıb bu ayın axırında tamamlanması gözlənilən tərketmə prosesindən sonra "Taliban"ın irəlilədiyini deyib:
"Əgər onları ("Taliban") yüksək səviyyədə idarə edə bilməsək, Əfqanıstanda sülhü qorumağımız mümkün olmayacaq. Ona görə də yüksək səviyyəli səlahiyyətlilərimizi xaricə göndərdik. Eyni zamanda, bununla əlaqdar bu gün Qətərlə rəsmi danışıqlarımız oldu. "Taliban"ın atdığı addımları harada dayandıra bilərik, harada sülh istiqamətində bir addım atarıq, bunu diplomatik yolla həll etməliyik.
Həm İran qapısından, həm də İraqdan ciddi şəkildə divarlarımızı yüksəldirik. Burada yüksələn divarlar bu nizamsız köçün ölkəmizə girməsinin qarşısını almaq üçündür. Yaxalanan qanunsuz əfqan miqrantların əhəmiyyətli hissəsi səlahiyyətli qurumlar tərəfindən Əfqanıstana geri göndərildi".



Əfqanıstanda 5 türk mütəxəssis "Taliban"ın mühasirəsində qaldı
“Taliban” musiqini QADAĞAN EDİR
Pəncşirdə "Taliban"la müqavimət qüvvələri arasında toqquşma oldu
Çavuşoğlu "Taliban"a CAVAB VERDİ
"Taliban" daha 4 əfqanı edam etdi
Taliban 150 hindistanlını saxladı
“Taliban” Bakıdakı səfirliyə məktub GÖNDƏRDİ
"Taliban" sülhməramlıların Əfqanıstandan çıxacağı tarixi AÇIQLADI
Türkiyə çıxmasa, hücum edəcəyik - Taliban
"Taliban"dan daha bir VƏHŞİLİK: əfqan əsgərin başını kəsib...
SON DƏQİQƏ: "Taliban" Pəncşir əyalətini ələ keçirdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 