Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tanınmış idmançımız Rafael Ağayevi təbrik edib.
ONN media xəbər verir ki, Zakir Fərəvov karateçi Rafael Ağayevi “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş medalını qazanması münasibəti ilə təbrik edib, idmançımıza gələcək fəaliyyətində uğurlar arzulayıb. Şəhər rəhbəri idmançımıza xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, ölkəmizə “Tokio-2020” Yay Olimpiya Oyunlarında gümüş medal qazandıran Rafael Ağayev 75 kiloqram çəki dərəcəsində yarışların finalında italiyalı Luici Busa ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə R.Ağayev minimal hesabla uduzaraq Olimpiadada Azərbaycan milli komandasının aktivinə gümüş medalı yazdırıb.
R.Ağayev beşqat dünya, 11 qat Avropa çempionu olmaqla yanaşı, 2013-cü ildə IX Dünya Oyunlarında və Dünya Döyüş Növləri Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Karateçimiz “Bakı-2015” ilk Avropa Oyunlarında, eləcə də 2013-cü ildə İndoneziyada, 2017-ci ildə isə Azərbaycanda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib olub.
O, 2019-cu ildə Əməkdar idman ustası adına layiq görülüb.



Rafael Ağayev karyerasını nə zaman bitirəcək? - ÖZÜ AÇIQLADI
Rafael Ağayev medalı TƏMİN ETDİ
Rafael Ağayevə yeni vəzifə və rütbə verildi
Hacı Əliyev FİNALDA
İrina Zaretskadan ikinci qələbə
Rafael Ağayev Avropa Oyunlarında finala yüksəldi
Mehriban Əliyeva Olimpiya Oyunlarının gümüş medal mükafatçısını təbrik edib
Tanınmış karateçi polis idarəsində vəzifəyə təyin edildi
İdmançımız çempion oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 