Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 401 ictimai iaşə obyektində 685 monitorinq keçirib.
ONN media -ya AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr., ev 153 ünvanında yerləşən, hüquqi şəxs "Beat Restaurants" MMC-yə məxsus “Baku” kafesi;
2. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi və Sarayevo küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus “Pak Dad” restoranı;
3. Bakı şəhəri, Nəsimi rayonu, Əliyev küç., ev 14 ünvanında yerləşən, fiziki şəxs Akkuş Servetə məxsus kafe;
4. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 69 ünvanında yerləşən, fiziki şəxs Dəmirov Uğur Hüseyn oğluna məxsus kafe;
5. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 34 ünvanında yerləşən, fiziki şəxs Bağırov Camal Valeh oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nəsimi rayonu, Əliyev küçəsi 4 ünvanında yerləşən, fiziki şəxs Borayev Ramazan Temraz oğluna məxsus kafe;
7. Bakı şəhəri, Suraxanı rayonu, Mehmandarov küçəsi 51 ünvanında yerləşən, fiziki şəxs İsmayılova Kifayət Həsən qızına məxsus “Turşsu” restoranı.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.



"Başkent" və "Qızıl ay" restoranları cərimələndi
Nöqsanlara yol verən bir neçə restoran CƏRİMƏLƏNDİ
Bakıda tanınmış “Firuzə” restoranı cərimələndi
“Lido” restoranı cərimələndi
Bu restoranlar cərimələndi - SİYAHI
"Niaqara" və "Paşa" restoranlarında pozuntular aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 