Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində bir neçə uğurlu əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Şərif kəndindəki qarğıdalı sahəsində çətənə kollarının əkilib-becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Ərazi dərhal nəzarətə götürülüb və orada narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərin rayon sakinləri Zumrat Seriyev və Vüqar Heydərov olduqları müəyyən edilib. Keçirilən tədbir zamanı həmin şəxslər elə “iş başında” saxlanılıb. Baxış zamanı sahədən 18 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.
Araşdırma zamanı qonşu olan V.Heydərovla Z.Seriyevin çətənə kollarını 2 ay öncə başqa şəxsə məxsus qarğıdalı sahəsində becərdikləri və vaxtaşırı aqrotexniki qulluq göstərdikləri məlum olub.
Polis şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş, rayonun Xalatala kənd sakini Nizami Dibirov da saxlanılıb. Onun evinin həyətinə baxış zamanı çəkisi 2 kiloqramdan artıq olan 8 ədəd çətənə kolu aşkarlanaraq, maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Polis İsmayıllı meşələrində əməliyyat keçirdi - HƏBS EDİLƏNLƏR VAR
Polis İsmayıllıda əməliyyat keçirdi: saxlanılanlar var
Salyan sakini 10 kilodan çox narkotiklə tutuldu
Azərbaycanda ŞOK HADİSƏ - Polisin yaxınlaşdığını görüb atəş açdı
Evində narkotik bitki ştilləri əkdi - AZƏRBAYCANDA
Azərbaycanda qadın həyətində narkotik bitki yetişdirdi
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Yevlaxda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanıldı
Göyçayda keçmiş məhkum yenidən tutuldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 