Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayan Günel Vəliyevanın (adlar şərtidir) 2015-ci il təvəllüdlü oğlu və 2007-ci il təvəllüdlü qızının ögey qardaşı və arvadı tərəfindən fiziki və psixi zorakılıq hərəkətlərinə məruz qalması barədə müraciəti üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.
ONN media -ya bu barədə Binəqədi rayon prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, İdris Vəliyev (ad şərtidir) 8 avqust 2021-ci il tarixdə ögey bacısının 2015-ci il təvəllüdlü oğlunun nadinc hərəkətlər etməsini bəhanə edərək bıçağı qızdıraraq onun sağrı nahiyəsinə bir neçə dəfə basıb, İdris Vəliyevin arvadı Arzu Vəliyeva (ad şərtidir) isə Günel Vəliyevanın 2007-ci il təvəllüdlü qızının saçını və qaşını kəsib, həmçinin ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Fakta görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 133.2.6 (işgəncə verməklə əzab vermə) maddələri ilə cinayət işi başlanaraq aidiyyəti üzrə rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilib.
Nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.



Azərbaycanda qadından ögey övladlarına qarşı GÖRÜNMƏMİŞ VƏHŞİLİK
Bakıda ər arvadını öldürdü
Özünü və körpəsini su kanalına atan qadın həbs edildi
Azərbaycanda üç nəfərin güllələndiyi dəhşətli hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA
Cəlilabadda qandonduran qətl hadisəsi olub
Bakıda kişi 25 yaşlı xanımının qanını tökdü - ÖLDÜRƏ BİLMƏDİ
Bakıda DƏHŞƏT: qayınata və qayınanasını yandırdı
Prokurorluq azyaşlının ölümü ilə bağlı XƏBƏR YAYDI
Bakıda müəmmalı qətl - Qatillər axtarılır
Bank müdirinin intiharı ilə bağlı rəsmi - AÇIQLAMA
DƏHŞƏTLİ QƏTL- Kişi yoldaşını öldürdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 