ONN İnformasiya Agentliyi

Bayden Makronla Əfqanıstandakı vəziyyəti müzakirə etdi

Bayden Makronla Əfqanıstandakı vəziyyəti müzakirə etdi
20-08-2021, 09:35

ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmnuel Makron arasında telefon danışığı baş tutub.

ONN media  xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, tərəflər Əfqanıstandakı vəziyyəti, həmçinin iki ölkənin vətəndaşlarının Kabil hava limanından təxliyəsini müzakirə ediblər:

"Onlar Əfqanıstan, o cümlədən humanitar yardım və qaçqınların dəstəklənməsi məsələləri üzrə müttəfiqlər və demokratik tərəfdaşlar arasında sıx koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar".

Prezidentlər həmçinin gələn həftə Əfqanıstanla bağlı G7 sammitinin keçirilməsi üzrə planları alqışlayıblar.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png