Deyir, bir dəli quyuya daş atdı, 100 ağıllı yığışıb onu çıxara bilmədi. Korrupsiya ittihamına görə həbs edilən Vilyam Hacıyev məhkəsində məsuliyyətsiz və savadsız bir söz işlədib. Özünə imtiyaz qazanmaq üçün deyib ki, “Niyə məni müalicəyə göndərmirsiniz, axı mən Naxçıvanın fəxri vətəndaşıyam”.
Yəqin ki, Vilyamın evindən çıxan pulun miqdarı hamının yadındadır. Həmin kadrlar telekanallar vasitəsilə geniş yayımlanıb. İndi bu adam yığdığı pullarla özünə türmədə lyuks şərait qurmaq üçün , xəstəxanaya yerləşmək istəyir.
Bunun üçün də Naxçıvan amilinin arxasında gizlənməklə, təxribat yaratmağa çalışır. Ən maraqlısı budur ki, hətta cəmiyyətə ağıllı adam, ekspert kimi sırınan bəzi adamlar bu məsələnin qanuni tərəfini araşdırmadan, öz əxlaq və savadlarına uyğun müəyyən mülahizələr irəli sürməyə başlayıblar.
Hətta belə fikirlər səsləndirənlər var: “Naxçıvanı ayrı dövlət ediblər”, “Naxçıvandakılar Azərbaycanın deyil, fərqli vətəndaşlıq daşıyırlar”. Naxçıvan Azərbaycanın tərkibində yüksək statusa malik bir muxtariyyətdi. Muxtariyyətin vacibliyini şərtləndirən bir çox amillər var ki, bunun izahını vermək başqa mövzunun söhbətidir.
Birmənalı şəkildə bilinməlidir:
“Naxçıvanın vətəndaşlığı” və ya “Naxçıvanın fəxri vətəndaşlığı” anlayışı yoxdur. Orada yaşayanların da hamısı Azərbaycan Respublikasının vətəndaşıdır.
Ancaq qanunvericiliyimizdə Azərbaycan Respublikasının fəxri vətəndaşlığı haqqında əsasnamə var. Həmin əsasnaməni diqqətinizə çatdırıram:
- Azərbaycan Respublikasının fəxri vətəndaşlığı Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərə verilir.
- Azərbaycan Respublikasının fəxri vətəndaşlığı Azərbaycan Respublikasının fəxri vətəndaşlığına qəbul edilən şəxsin razılığı əsasında verilir.
- Azərbaycan Respublikasının fəxri vətəndaşlığının verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin yanında yaradılan Vətəndaşlıq Məsələləri Komissiyasının tövsiyəsi bir qayda olaraq tələb edilmir.
- Azərbaycan Respublikasının fəxri vətəndaşlığı dünya birliyi, Azərbaycan dövləti və ya Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilir.
- Azərbaycan Respublikasının fəxri vətəndaşı Azərbaycan Respublikası vətəndaşları ilə eyni hüquqlara malikdir.
- Azərbaycan Respublikasının fəxri vətəndaşı Azərbaycan Respublikası Prezidentinin xüsusi himayəsi altındadır.
- Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının fəxri vətəndaşı onlara müraciət edərsə, ona hər cür yardım və dəstək göstərməlidirlər.
- Azərbaycan Respublikasının xarici dövlətlərdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluq idarələri Azərbaycan Respublikasının fəxri vətəndaşına hər cür yardım və dəstək göstərməlidirlər.
Buna görə də, korrupsioner Vilyamın sayıqlamalarını əsas götürüb bütün bir regionu və ən əsası da ölkəmizin bütövlüyünü hədəf almayın!
Məhəmmədəli QƏRİBLİ,
Azinforum.az



Hacıyevə digər başçılardan fərqli cəza verilə bilər- Səbəb?
3 milyon 3 ayın içində yox oldu – Hacıyevin məhkəməsi...
Cəbrayılovun şok səs yazısı yayıldı: Türməyə gedirəm
Torpaq kəndlilərə!
Adam özünə ölüm arzulaya bilərmi?
“O vaxt demişdi ki, Heydər Əliyevin başına güllə vuracam”
Daha bir ağıllı texnologiya – Ağıllı üzük patentləşdirildi
Ordumuzun hansı addım atdığını görəcəksiniz - Polkovnik
Vilyam Hacıyev həbsdə namaza başladı
Dolanışıq- YUNUS OĞUZ YAZIR
Bu şəxslər dövlət işinə imtahansız qəbul ediləcək – RƏSMİ
Damarlarını doğradı, polisə yalan danışdı
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır? 