Ukrayna Azərbaycanlıları Radası “Etnik Çələng” («Етнічний віночок») festivalında iştirak edib.
ONN media xəbər verir ki, “Biz fərqliyik, amma birik. Biz sənin övladlarınıq, Ukrayna!” şüarı ilə keçirilən festival Ukraynanın Dövlət Bayrağı Günü və Ukraynanın Müstəqilliyinin 30-cu ildönümünə həsr olunub.
Bayram tədbirində iştirak edən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov festivalın fəxri qonağı olan Desnyansk rayon adminstrasiyadının rəhbəri Dmitri Ratnikovla görüşüb. UAR həmsədrləri Oleq Krapivinin və Hikmət Cavadovun təbriklərini adminstrasiya rəhbərinə çatdıran baş katib Ukrayna xalqına birlik, qələbə və sürətli inkişaf arzuladığını bildirib.
Ermənistan nümayəndələrinin qatılmadığı festival Ukrayna Azərbaycanlıları Radasının fəal üzvü, xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Ukraynanın xalq artisti, ictimai xadim Raisa Nedaşkivskayanın təşkilatçılığı ilə baş tutub.
Azərbaycanla yanaşı rekord sayda, dünyanın 62 ölkəsinin milli mədəniyyət nümunələrinin təqdim edildiyi festivalda ölkəmizi Ukraynanın xalq artisti, həmyerlimiz Qurban Abbadov Müslüm Maqomayevin repertuarından “Azərbaycan” mahnısı ilə təmsil edib.
Festival iştirakçılarına müasir informasiya texnologiyaları ilə Ukrayna naxışlarının gözəlliyinin unikal birləşməsi - Desnyanskiy rayonu haqqında çəkilmiş bir film olan Ukrayna ornamenti ilə işlənmiş QR kodu təqdim olunub. Bu eyni zamanda “İlk dəfə. İT texnologiyaları” nominasiyasında yeni rekord hesab olunur!
Bayraq günün mübarək, Ukrayna! Müstəqillik günün mübarək, Ukrayna! Слава Україні!



Ukrayna azərbaycanlıları Prezident İlham Əliyevə müraciət edib
Ukraynadan QARDAŞ DƏSTƏYİ: Xarici siyasətimizin təməl daşıdır
Ukrayna Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik etdi
Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradıldı
Ukraynalı deputata cinayət işi açıldı
Ukraynanın bu vilayəti azad edildi
Ukraynanın "Taxıl sazişi" imzalamaq üçün şərti nədir?
Ukrayna XİN-dən Ermənistana ZƏRBƏ - Bu ifadə qadağan edildi
Ukraynanın yeni Baş naziri BƏLLİ OLDU
Ukrayna Rusiyadakı müvəqqəti işlər vəkilini geri çağırdı
Zelenski Ukrayna xalqına müraciət etdi: İrəliləyin!
Ukraynanın Su-27 qırıcısı vuruldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 