Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan baş naziri Nikol Paşinyanın verdiyi mesajları qiymətləndirib.
ONN media xəbər verir ki, Bosniya və Herseqovinaya gedən Rəcəb Tayyib Ərdoğan ölkəyə qayıdarkən təyyarədə olan bir qrup jurnalistin suallarını cavablandırıb.
"25 avqust tarixli açıqlamanızda "Qarabağdakı işğala son qoyulması ilə bölgəmizdə davamlı sülh üçün yeni bir fürsət pəncərəsi açıldı. Ermənistan bunu nəzərə alarsa, biz lazım olanı edəcəyik" demişdiniz. Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ictimaiyyətindən bəzi müsbət siqnallar aldıqlarını ifadə edərək "Bu mesajları qiymətləndirəcəyik" dedi. Bu bəyanatla bağlı fikirlərinizi öyrənə bilərikmi? İkitərəfli münasibətlərdə yeni dövrdə nə gözləməliyik?, - sualına Türkiyə Prezidenti bu cür cavab verib:
"Ermənistanda qurulan yeni hökumətin bölgə üçün faydalı olmasını diləyirəm. Bölgəmizdə yeni, konstruktiv yanaşmalara ehtiyac var. Görüş və gözləntilərdə fikir ayrılıqları olsa da, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət də daxil olmaqla etimad əsasında yaxşı qonşuluq münasibətlərinin inkişafı üçün səmimi səy göstərmək məsuliyyətli bir hərəkət olardı. Yaxın tarix düşmənçilik mənbəyi olmamalıdır. Davamlı sülh və birlikdə yaşamaq üçün konstruktiv addımlar atılmalıdır. Birtərəfli ittihamlar yerinə, gələcəyə baxan, realist yanaşmalar üstünlük təşkil etməlidir. Bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bəyan edən Ermənistan hökuməti ilə münasibətlərimizi tədricən normallaşdırmaq üçün çalışa bilərik.
İndi sülhü və sabitliyi daimi etməli, iqtisadi inkişaf və regional əməkdaşlıq üçün şərait yaratmalıyıq. Azərbaycan da oxşar anlayışla Ermənistanla hərtərəfli sülh sazişi üçün danışıqlara başlamağı təklif edir. 9 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədə razılaşdırıldığı kimi bütün bölgəni birləşdirərək Cənubi Qafqazı dəyişdirəcək yeni imkanlar yaranacaq. Bu tarixi fürsətdən yaxşı istifadə etmək istəyən bütün tərəflərlə işləməyə hazırıq. 5 və ya 6-lıq platforma tövsiyəmiz ortadadır. Bu platformaya Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistan daxildir. Hətta dedik ki, bura Gürcüstanı da daxil etməliyik. Bu platforma bu şəkildə qəbul edilsəydi, düşünürəm ki, bölgə daha rahat olardı. Çünki bölgədə dəmir yolu və avtomobil yollarının çəkilməsinə ehtiyac var. Bu platforma varsa, bu yollar ürəkləri də birləşdirəcək. Düşündük ki, belə bir addım atmaqla bölgədəki problemləri aradan qaldıracağıq. Bunları cənab Putinlə müzakirə edərkən razılaşdıq. Eyni şəkildə İlham Əliyevlə də razılaşdıq. Bu arada İranda prezident dəyişikliyi oldu. Bu barədə İranın yeni Prezidenti cənab Rəisi ilə danışa bilərik. Sonra bu platformanı həyata keçirmək üçün addımlar atarıq", - Rəcəb Tayyib Ərdoğan qeyd edib.



Türkiyə-Ermənistan sərhədləri açılır? - Ərdoğan CAVABLADI
Ərdoğandan Azərbaycan AÇIQLAMASI: "Mühüm fürsət yaranıb"
Ərdoğan İlham Əliyevə zəng etdi
Ərdoğan və Paşinyan sabah görüşür
Ərdoğan və Paşinyan görüşü ilə bağlı İrəvandan açıqlama
Ərdoğan və Paşinyan nəyi müzakirə etdi?
Ərdoğan Leyen, Draqi və Rutte ilə görüşdü
Ərdoğan Paşinyanla danışdı
Ərdoğan Paşinyan razılığa gəldi
Ərdoğan Putinlə görüşəcək
Paşinyan və Ərdoğan nəyi müzakirə etdi?
Ərdoğan Zelenski ilə son vəziyyəti MÜZAKİRƏ ETDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 