Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı Xəzər TV ilə yollarını ayırması barədə yayılan xəbərlərə münasibət bildirib.
ONN media xəbər verir ki, məşhur aparıcı sosial şəbəkə hesabında öz istəyi ilə televiziyadan ayrıldığını açıqlayıb:
"Diqqətinizə çatdırım ki, düz bir il əvvəl, 2020-ci il iyul ayında mənim üçün əziz olan Xəzər TV-dən ayrılmaq istəmişdim, amma həmin ərəfədə baş verən hadisələr məni dayandırdı. Noyabr ayında çox böyük haqsızlıqla üz-üzə qaldığım vaxt belə kanaldan ayrılmağı qeyri-etik saydım. Bir TV-ni sezonun ortasında pis vəziyyətdə qoymaq heç bir peşəkarlığa sığmazdı. Məhz, buna görə mən sezon bitənə qədər gözlədim. İyulun 23-ü veriliş bitdi və növbəti həftə artıq rəhbərliyə kanaldan ayrılmaq istədiyimi bildirdim.
Hər kəsə bəllidir ki, "Səni Axtarıram” mənə aid, rəhbəri olduğum bir layihədir. Yəni, hansısa bir TV-nin layihəsi deyil ki, bu layihənin müəllifi çalışdığı kanalla yollarını ayıranda layihə bağlandı və s. yazaq. Əmək verdiyim bir kanaldan ayrılmaq sizcə asandırmı? Təbii ki, yox! Amma elə şeylər olur ki, insan heç nəyə baxmır. Mən kimsəni qırmadan öz ərizəmlə ayrıldım. Deməyim odur, Murad Dadaşov bir qadınla savaşacaq kişiliyə sahib biri deyil ki, ona görə kanaldan gedim. Mənim ayrılmamın rəhbərliyimə, dostluq etdiyim bir insanla münasibətlərimə heç bir aidiyyəti yoxdur! Ayrılmaq düşmən olmaq demək deyil”.
Qeyd edək ki, X. Hidayətqızının bir müddət əvvəl öz heyəti ilə birgə Xəzər TV-dən ayrılmağı barədə xəbərlər yayılmışdı. Onun hazırda bir neçə televiziya ilə danışıqlar apardığı bildirilir.



Xoşqədəm ATV və ANS-dəki MƏVACİBİ NƏ QƏDƏR OLUB?
Azərbaycanda tum almaq üçün evdən çıxan qız gecə klubunda tapıldı
ŞOK - İş adamı Xoşqədəmə görə arvadını döydü
Xoşqədəm toyunda elə bir gəlinlik geyindi ki...
Məşhur aparıcı ARB-dən getdi
Zaurla Xoşqədəm arasında YARIŞ
Afaq Gəncəli Xəzər TV-dən getdi?
Məşhur aparıcı "Xəzər TV"yə geri döndü
Murad Dadaşov məşhur aparıcını Xəzər TV-yə gətirdi
Xoşqədəm Hidayətqızı yenidən məhkəməyə verildi
Türk müğənni "Xəzər TV"də veriliş aparacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 