Prodüser-aparıcı Sayqa Cahidin vəziyyəti ağırdır.
Bu barədə aparıcı Elgiz Əkbər məlumat yayıb. Onun sözlərinə görə, S.Cahid müalicə olunmaq üçün Türkiyəyə aparılıb. Maddi imkanı müalicəsinə çatmayan həmkarı üçün Elgiz yardım istəyib. Oğlunun tələbə olduğunu xatırladan aparıcı Sayqanın yardım kompaniyasından xəbərsiz olduğunu vurğulayıb:
"Səhər saatlarında çox üzücü xəbər aldım. Tanınmış jurnalist, prodüser Sayqa Cahid ağır vəziyyətdə Türkiyəyə çatdırılıb. Burada dərdinə əlac olmayıb. Hal-hazırda vəziyyəti kritikdir. Maddi sıxıntısı var. Allaha xatir, onu ölməyə qoymayaq. Xahiş edirəm, nə olar köməyimizi əsirgəməyək. Vəziyyəti çox ağırdır. Pulu ödəməsə xəstəxanadan çıxaracaqlar. Allah yardımçınız olsun".
Aparıcı Firuzə Cəlilova (Fira) həmkarının səhhətinim ağırlaşmasına səbəbkarın Bakı Sağlamlıq Mərkəzinin həkimləri olduğunu qeyd edib:
"Tanınmış prodüser və aparıcı Sayqa Cahidin səhhətinim ağırlaşmasına səbəbkar olan "qəhrəman"lar. Sayqa hal-hazırda ağır vəziyyətdə İstanbulda xəstəxanaya yerləşdirilib. O, ay yarım əvvəl mərkəzdə uroloq-androloq Niyaməddin Əliyev və Qardaşxan Mamedov tərəfindən böyrək əməliyyatı keçirib. Böyrəyində daş var idi. Əməliyyat uğursuz keçib. Əməliyyat bitdikdən sonra ona stend qoyulub. Stendi çıxarandan sonra davamlı şəkildə qızdırması olub. Sayqa hər gün kritik vəziyyətdə xəstəxanaya aparılıb-gətirilib. Axırda məcbur olaraq İstanbula gətirməli olublar. Həkimlər təcili konsilium edərək vəziyyətinin çox ağır olduğunu bildiriblər. Qırmızı qan hüceyrələri həddən artıq düşüb. Hətta həkimlər onun sağ qaldığına məəttəl qalıb. Addım belə ata bilmir. Həkimlər onu kritik vəziyyətdən çıxarmağa çalışır. Əməliyyat zamanı infeksiya düşdüyü üçün böyrəyi şişib. Bədəndə olan infeksiya yüksəlib. Həkimlər onu kritik vəziyyətdən çıxara bilsələr, yenidən əməliyyat edəcəklər".



Azərbaycanlı prodüser qəzaya düşdü
Məşhur aparıcı ARB-dən getdi
Tanınmış aparıcının xanımında xərçəng aşkarlandı
Tanınmış aparıcı: "Bacımın 2 günlük ömrü qalıb"
Elgiz Əkbər 3 yaşlı qızı ilə
Aparıcı Tahirə ağır əməliyyat olunacaq
Tanınmış xanım aparıcı FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
Xalq artisti xəstəxanaya yerləşdirildi
Tanınmış aparıcının vəziyyəti qəfildən ağırlaşdı
İlham Mirzəyevdən üzücü xəbər
Tanınmış aparıcı Mikayılın verilişi bağlandı və...
ARB TV məşhur aparıcını efirdən uzaqlaşdırdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 