Sloveniyanın paytaxtı Lyublyana şəhərində koronavirus inkarçılarından ibarət bir qrup Sloveniya Radioteleviziyasının (RTVS) qarşısında keçirilən nümayiş zamanı dövlət televiziyasının binasına daxil ola biliblər.
ONN media xəbər verir ki, etirazçılar dövlət televiziyasının rəsmilərindən onların ölkədə koronavirus pandemiyası ilə əlaqədar vəziyyətə dair mövqelərinin efirdə işıqlandırılmasını tələb ediblər. Polisin müdaxiləsindən sonra etirazçılardan 20 nəfər saxlanılıb, televiziya binasının mühafizəsi gücləndirilib.
RTVS televiziyasının intendantı Andrey Vatmou baş vermiş hadisəni mətbuata hücum kimi dəyərləndirib və təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini elan edib. Sloveniya Jurnalistlər Birliyi isə bu hücumu ölkədəki media, jurnalistika və demokratiyaya hücum kimi qiymətləndirib.
Qeyd edilməlidir ki, koronavirus inkarçıları aylardan bəri Lyublyana və digər şəhərlərdə etirazlar təşkil edirlər və ddövlət televiziyasının qarşısı onların ən çox toplaşdıqları məkanlardan biridir. Keçmiş zabit, 1991-ci il müstəqillik müharibəsinin veteranı Ladislav Trohanın başçılıq etdiyi qrupun efirə çıxmaq üçün cəhdlərinin məğzi koronavirus pandemiyasının guya mövcud olmadığına dair öz tezislərini ölkə əhalisinə çatdırmaqdır.



Kiyevdəki Rusiya səfirliyinə hücum oldu
Səfirliyimizə hücum edənlərin aqibəti necə oldu?
Minskdə səfirliyə hücum edildi - Diplomat döyüldü
Dövlət televiziyasının əməkdaşları VİRUSA YOLUXDU
Televiziya binasına HÜCUM - 5 maskalı şəxs...
İranla bağlı daha bir XƏBƏRDARLIQ
Sloveniya Xorvatiyaya nota verib
Səfirliyimizə hücum edildi: XİN-dən açıqlama
Yutubdan dövlət telekanalına qarşı SƏRT QƏRAR
İşçilər etiraz aksiyasına hazırlaşır - “Space” Tv-də NƏ BAŞ VERİR?
Millimiz Sloveniya yığması ilə yoldaşlıq oyunları keçirəcək
İstanbulda İsrailə etiraz aksiyası: 63 yaralı var
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 