Vətən müharibəsi iştirakçısı Ülvi Kərimov da digər qazilərimiz kimi sosial dəstək tədbirləri ilə əhatə olunub.
ONN media xəbər verir ki, bu barədə DOST Agentliyi və “YAŞAT” Fondunun birgə məlumatında deyilir.
Məlumatda deyilir ki, Tovuz rayon sakini, Vətən müharibəsi iştirakçısı Kərimov Ülvi Elfaq oğluna heç bir sosial dəstək göstərilmədiyi barədə sosial şəbəkələrdə yayılmış məlumat həqiqəti əks etdirmir.
Ü.Kərimovun da digər qazilərimiz kimi xidmətləri yüksək qiymətləndirilib, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə o, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Müharibədə yaralanmış Ülvi Kərimova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar III dərəcə əlillik təyinatı aparılıb. Ona Prezidentin aylıq təqaüdü (300 manat) və əlilliyə görə aylıq müavinət (110 manat), ümumilikdə 410 manat sosial ödənişlər ayrılıb. Həmçinin o, hazırda əmək fəaliyyətindədir, aylıq 600 manatdan artıq məvacib alır.
Müharibədə xəsarət aldığı üçün “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona 2750 manat sığorta ödənişi edilib. Qanunvericilikdə III dərəcə müharibə əlilliyinə görə 4400 manat sığorta ödənişi nəzərdə tutulur. Ülvi Kərimov tərəfindən “Azərsığorta”ya müraciət əsasında ona qalan fərq məbləğ (4400-2750), yəni 1650 manat sığorta ödənişi də veriləcək.
“YAŞAT” Fondu tərəfindən də Ülvi Kərimov bir sıra istiqamətlərdə dəstəklə təmin olunub. 2021-ci ilin iyun ayında stomotoloji xidmət göstərilməsi məqsədilə etdiyi müraciətə əsasən Ülvi Kərimova Fondun tərəfdaşı olan “Dayaq” xeyriyyə cəmiyyəti vasitəsi ilə 1020 manat dəyərində zəruri stomatoloji müalicə dəstəyi göstərilib. Onun “YAŞAT” Fonduna istehlak kreditlərinin qarşılanması üçün 27.08.2021-ci il tarixində etdiyi ikinci müraciətinə də müsbət cavab verilib və 6852 manat borcu Fond tərəfindən ödənilib.
Qazinin məşğulluq məsələsinə də dəstək göstərilir. “Heyvandarlıq” zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilmək istədiyini bildirən Ülvi Kərimova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yaxın günlərdə təsərrüfatını qurması üçün aktivlər (mal-qara və yem ehtiyatı) veriləcək.
Göründüyü kimi, Vətən müharibəsi qazisi Ülvi Kərimov da digər qazilərimiz kimi sosial dəstək tədbirləri ilə əhatə olunub. Qarşıdakı dövrdə də bu tədbirlər davam etdiriləcək.



1300-dək şəhid ailəsi üzvünə ödənişlər təyin edildi - RƏSMİ
İntihara cəhd edən qazi ilə bağlı rəsmi açıqlama
Vətən müharibəsində fərqlənən hərbçilər bu medallarla da təltif ediləcəklər - SİYAHI
Müharibə iştirakçısı qazini döydü
Bu nazirlik Silahlı Qüvvələrə dəstək oldu
Vətən müharibəsi şəhidlərinin ailələrinə pensiya, müavinət və təqaüd təyin edildi
46 minə yaxın şəxsə əlillik təyin olunub
Vətən Müharibəsində fərqlənən hərbçilərə BU ORDEN və MEDALLAR veriləcək
Vüsalə Kərimova Vətən Müharibəsi iştirakçısı ilə evləndi
Müharibə əlillərinin pensiyası nə qədər artıb?
Bu il şəhid ailələri və müharibə əlillərinə daha 700 ev veriləcək
Deputat seçilən 5 məmur işdən ÇIXARILDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 