Bu ilin yanvarında İstanbulda məşhur azərbaycanlı kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifovun məzarı başında törədilən qətl işi üzrə istintaq tamamlanıb.
ONN media xəbər verir ki, “Lotu Quli”nin məzarı üstündə Əli Həşimovu öldürməkdə ittiham olunan Kənan İmanzadəyə prokurorluq ömürlük həbs cəzası tələb edir.
Bu hadisə həmin şəxslərin “Lotu Quli”nin İstanbul Esenyurt rayonundakı Gülvadi qəbiristanlığındakı məzarını ziyarət edərkən baş verib. Bakırköy Cümhuriyyət Prokurorluöğunun hazırladığı ittiham aktında bu qətlin təfərrüatı yer alır. Kənan İmanzadə ifadəsində bildirir ki, Rusiyadan zəng vuran dostu Əlinin onu öldürmək üçün killer qismində İstanbula göndərildiyini bildirib.
“Biz bu məsələni müzakirə etmək üçün mənəvi qardaşı hesab etdiyi Nadir Səlifovun məzarı başına getdik. Əli ilə mübahisə etdik, onu itələyərək yerə yıxdım. Daha sonra qaldıraraq qucaqladım. Əliyə silahı verərək sakitləşməsi üçün havaya atəş açmasını istədim. Ancaq Əli silahı başına dayadı. Silahı əlindən almaq istəyəndə atəş açıldı, mən qolumdan yaralandım. Xəstəxanaya gedəndə Əlinin öldüyünü eşitdim”, - o bildirib.
Lakin istintaq bu versiyaya inanmayıb və Kənan İmanzadənin Əli Həşimovu qəsdən öldürdüyü qənaətinə gəlib. Onun barəsində qəsdən adam öldürmə və icazəsiz silah gəzdirmə maddələri ilə ittiham irəli sürülüb, barəsində ömürlük həbs cəzası tələb edilib.
Hər iki şəxsin kriminal çevrələrə bağlı olduqları bildirilir. O vaxt yayılan xəbərlərdə deyilirdi ki, Əli Həşimovun Kənan İmanzadəyə borcu olub və o, borcunu həyatı ilə ödəyəcəyini deyərək özünü vurub.
“Lotu Quli” 2020-ci ilin avqustunda Antalyadakı hotellərdən birində “Xan Bakinski” ləqəbli Xaqan Əhmədov tərəfindən güllələnib.



"Lotu Quli"nin məzarı üstündə ATIŞMA: Azərbaycanlı ÖLDÜRÜLDÜ
Bu da “Lotu Quli”nin məzarı - FOTO
"Lotu Quli"nin dəfn mərasimi başlayır
Qatil “Lotu Quli”ni öldürməmişdən öncə VİDEOYA ÇƏKDİ
“Lotu Quli”nin dəstəsinə onlardan kim başçılıq edəcək? - SON XƏBƏR - FOTO
Lotu Qulinin qətli necə baş verib? – VƏKİL AÇIQLADI
Lotu Qulinin qızının fotosu yayıldı- İLK DƏFƏ
“Lotu Quli”nin qətlində kim şübhəli bilinir?
“Lotu Quli” güllələndikdən sonra FOTOSU YAYILDI
“Lotu Quli”ni öldürmək istəyən 17 nəfər saxlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 