Sumqayıt şəhərinin ən iri ticarət mərkəzlərindən birində erməni dilində markalanmış məhsul satışa çıxarılıb. Ancaq bununla bağlı xəbər yayılan kimi həmin məhsul satışdan yığışdırılıb.
ONN media Xəzərxəbər.az-a istinadən xəbər verir ki, ticarət mərkəzinin dəftərxana ləvazimatları satılan şöbəsində Çinin "Yalong" şirkətinin istehsal etdiyi 48 vərəqli dəftərin arxa hissəsində məhsul haqqında erməni dilində markalanmaya rast gəlinib.
Erməni dilində olan yazıda məhsulun Çinin "Yalong" şirkətinin istehsalı olduğu və Ermənistana ixrac edildiyi barədə məlumat yer alıb. Məhsulun üzərində Azərbaycan dilində isə heç bir məlumat verilməyib. Halbuki "Dövlət dili haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunlara uyğun olaraq Azərbaycana gətirilən məhsullar ana dilində markalanmalıdır.
Məsələ ilə bağlı sözügedən ticarət mərkəzindən bildirilib ki, həmin firma ilə əlaqə saxlanıb və məhsullar da artıq ticarət mərkəzindən yığışdırılıb.
Mövcud vəziyyətlə bağlı Dövlət Gömrük Komitəsindən bildirilib ki, vəziyyətdən xəbərdardırlar və bu haqda araşdırma aparılır.



AZZA müştəriləri belə ALDADIR
Azərbaycana gələsi yağlar İrəvana getdi
Azərbaycan Dövlət Kukla Teatrının noyabr repertuarı
Paşinyan erməni generala Azərbaycan dilində CAVAB VERDİ - VİDEO
Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə
"Bloomberg" rus dilində xəbər yayımını DAYANDIRDI
Mövsümündə satılmayan qarpızın zərəri nədir?
"Erməniləri bu yolla maliyyələşdiririk" – Deputatdan şok
Musiqili Teatrın dekabr repertuarı
"AFFA"-dan erməni təxribatına münasibət
Paşinyan İlham Əliyevdən sonra ingiliscə danışmağa cəhd etmədi
Azərbaycanda erməni dilində yeni hərbi sayt yaradıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 