"Sadəcə, cənab Putinlə ikitərəfli görüşümüz olacaq. Təbii ki, bu, sadəcə İdlib məsələsinə həsr olunan danışıqlar olmayacaq".
ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində türkiyəli jurnalistlərə müsahibəsində deyib.
Türkiyə lideri deyib ki, səfər zamanı iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş olmayacaq:
"Qismət olarsa, sentyabrın 29-da cənab Vladimir Putinlə Soçidə keçirəcəyim ikitərəfli görüş həqiqətən də böyük önəm daşıyır. Görüşdə yalnız İdlib məsələsi deyil, həmçinin Türkiyə-Rusiya əlaqələrini və Suriyada vəziyyətin necə olduğunu, bundan sonrakı mərhələdə atılacaq addımları geniş şəkildə müzakirə edəcəyik. Hər hansı üçüncü şəxsin iştirakı olmadan müzakirələr aparacağıq".
"Türkiyə-Rusiya əlaqələrində önəmli bir qərar qəbul ediləcək: "Türkiyə və Rusiya bölgədə iki önəmli ölkədir. Biz bu günə qədər Rusiya ilə münasibətlərdə hər hansı bir səhv görməmişik. İki ölkə arasında ticarətin həcminə baxsaq, bu, çox müsbətdir və daim inkişaf edir. Suriya məsələsi ilə bağlı bəzi zamanlarda çətinliklərlə üzləşirik. Amma istər özüm, istərsə də müdafiə və xarici işlər nazirlərimiz atdığı addımlarla dərhal gərginliyi aradan qaldıra bilirik", - deyə Ərdoğan əlavə edib.



Ərdoğan: Putinlə bu tarixdə görüş keçirəcəyik
Türkiyə səfiri: "Soçidə Ərdoğan Putinlə Qarabağ münaqişəsini yalnız təkbətək görüşdə müzakirə edib"
Paşinyandan müsbət mesajlar alırıq - ƏRDOĞAN
Ərdoğan: "Soçidə Rusiya prezidenti ilə prosesi müzakirə edəcəyik"
Ərdoğan və Putin hansı məsələləri müzakirə edəcək?
Növbəti addımı atacağıq - Ərdoğan
Ərdoğan Putinlə görüşəcək
Ərdoğan Rusiyaya getdi
Ərdoğanın Rusiyaya səfəri başladı
Rusiya və Türkiyə prezidentləri görüşə bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 